29 noy 07:39idman

“Qarabağ” “Sevilya”ya məğlub oldu

“Qarabağ” “Sevilya”ya məğlub oldu
"Sevilya" "Qarabağ" oyununda daha bir qol vurulub.

Avrasiya.net xəbər verir ki, oyunun uzatma dəqiqələrində meydan sahibləri daha bir dəfə "Qarabağ"ın qapısına yol tapıb. Oyun "Sevilya"nın 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında “Düdelanj” öz meydanında APOEL-ə uduzub. Bu, ikinci yerin sahibinin adına aydınlıq gətirib. Kipr təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/16 finala yüksəlib.

***

"Sevilya" "Qarabağ" oyununda hesab açıldı. Oyunda fərqlənən tərəf meydan sahibləri olub: 1-0

***

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxıb.

"Qarabağ" qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın "Sevilya" komandası ilə qarşılaşır.

"Ramon Sançes Pisxuan" stadionunda baş tutan görüşü isveçli hakimlər briqadası idarə edir.

İspaniyadakı oyunda "Qarabağ"ı 100-ə yaxın azarkeş dəstəkləyir.
XƏBƏR LENTİ
SORĞU