28 noy 09:13idman

“Qarabağ” səfərdə vacib oyuna çıxır

“Qarabağ” səfərdə vacib oyuna çıxırBu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.

Keçiriləcək 24 görüşdən sonra bəzi qruplarda 1/16 finala yüksələn komandalar müəyyənləşəcək.

Ölkəmizi turnirdə təmsil edən "Qarabağ" İspaniya səfərində "Sevilya"nın qonağı olacaq. Komandamız mübarizəsini davam etdirmək üçün çətin səfərdə xal qazanmağa çalışacaq.

Bakıda keçirilən ilk görüşdə ispanlar “Qarabağ”dan üstün olub – 3:0.

Qrupun digər oyununda isə APOEL “Dedelanj”ın qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” və APOEL-in 4 xalı olsa da, şəxsi oyunlardakı üstünlüyə görə Nikosiya təmsilçisi 2-ci, “Qarabağ” isə 3-cü pillədə yer alıb. Bu da o deməkdir ki, “Qarabağ” “Sevilya”ya uduzsa və APOEL Lüksemburq səfərində qalib gəlsə, təmsilçimiz qrupdan çıxmaq şansını itirəcək.
XƏBƏR LENTİ
SORĞU