10 noy 09:49idman

I KWU açıq Milli Azərbaycan çempionatı keçirilib - Fotolar

I KWU açıq Milli Azərbaycan çempionatı keçirilib - Fotolar 2 noyabr 2019-cu il tarixində Sərhədçi idman olimpiya mərkəzində Dünya Kyokuşin Birliyi (Kyokushin World Union) Azərbaycanın təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər, kişilər və qadınlar arasında 1-ci açıq Milli Azərbaycan çempionatı keçirilmişdir. Çempionatda ölkənin müxtəlif şəhər və rayonlarından olan 30 komandanın 240 idmançısı iştirak etmişdir.

Turnir başlamazdan əvvəl çempionatın baş hakimi Qələndər Aslanov Sərhədçi idman olimpiya mərkəzinin konfrans zalında komanda rəhbərlərin, məşqçiləri və hakimləri toplayaraq döyüşlər zamanı neqativ halların baş verməməsi üçün hakimlərə müəyyən tapşırıqlar verdi. Sonra tatami menecerlərini və hakimlərin briqadasını elan etdi. Saat 10:30-da üç tatamidə döyüşlər başladı. İlk olaraq hansı yaş və çəki dərəcəsində idmançı sayı çox idi döyüşlər həmin kateqoriyadan başlandı.
I KWU açıq Milli Azərbaycan çempionatı keçirilib - Fotolar
Döyüşlər günorta saatlarına 13:30-dək davam etdi. Saat 14:00-da açılış mərasimi başlandı, yarışın hakimləri və iştirakçılar Kyokşin marşı sədaları altında zala daxil oldular. Azərbaycan Respublikasının Dövlət himni səsləndi. İlk olaraq söz Dünya Kyokuşin Birliyi Azərbaycanın nəzarət təftiş komitəsinin sədri Ələkbər Abbasova verildi. Ə ləkbər Abbasov bütün idmançıları salamladı və onlara uğurlar arzuladı. Sonra söz Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının baş katibi Vasif Namazova verildi. Vasif Namazov ilk olaraq ADFA-nın prezidenti bədən tərbiyəsi və idman xadimi, Azər Həsənsoyun salam və təbriklərini idmançılara çatdırdı. Sonra idmançılara və hakimlərə öz töhvələrini verdi.
I KWU açıq Milli Azərbaycan çempionatı keçirilib - Fotolar
Kyokuşin döyüş növü mənim üçün doğma və əzizdir. Çünki mən ilk idman dərəcəsini bu döyüş növündən qazanmışam. Vaxt var idi mən də Sizin kimi ön sırada dayanırdım. Amma indi Sizləri tövsiyələrimlə təbrik edirəm. Çıxışın sonunda çempionatın baş hakimi Qələndər Aslanov Dünya Kyokuşin Birliyi Azərbaycanın adından ADFA prezidenti Azər Həsənsoy üçün hazırladığı fəxri fərmanı təqdim etdi. Sonra söz Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Respublika Bədən Tərbiyəsi və idman mərkəzinin direktor müavini Tahir Şamilova verildi.
I KWU açıq Milli Azərbaycan çempionatı keçirilib - Fotolar
Tahir Şamilov Mərkəzin direktoru Qiyas Nəcəfovun adından idmançıları təbrik etdi, sonra 2018-2019-cu tədris ilində beynəlxalq və ölkədaxili çempionatlarda uğurlu çıxış edən idmançılara Respublika Bədən tərbiyəsi və idman mərkəzinin adından fəxri fərmanlar təqdim etdi. Sonra çıxış üçün söz İTF Taekvondo təşkilatının sədri VI dan qara kəmər ustası Barat Orucova verildi. B.Orucov idmançıları təbrik etdi və çempionatın böyük banerində “BİRLƏŞMƏK ZAMANIDIR” yazısı onun diqqətini çəkdiyini bildirdi. Bu sözü çox bəyəndim, biz hər birimiz cəmləşməliyik, Azərbaycan idmanını inkişaf etdirməklə, irəliyə çəkməliyik deyə bildirdi.
I KWU açıq Milli Azərbaycan çempionatı keçirilib - Fotolar
Sonda çıxış üçün söz Dünya Kyokuşin Birliyi Azərbaycanın sədri, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Qələndər Aslanova verildi. Q.Aslanov idmançıları, valideynləri, hakimləri və qonaqları salamladı, hamıya uğurlar arzuladı və qarşıda duran mötəbər yarışlar haqqında məlumat verdi. Gənc idmançıların gələcəkdə Avropa və dünya çempionatlarından qalib olmalarını arzuladı. Çempionatın yüksək səviyyədə keçirilməsində zəhməti olan hər kəsə təşəkk ürünü bildirdi. Sonra açılışın bədii hissəsi başlandı, gənc müğənni Hüseyn Əsgərovun ifasında “Ey, əziz anam Azərbaycan” musiqisi səsləndi. Nümunəvi çıxış üçün Beynəlxalq “AXE Kapoeyra” təşkilatının Azərbaycan nümayəndəsi Alim Əliyevin rəhbərliyi ilə komanda müxtəlif nömrələr göstərməklə mqaraqlı çıxış etdi.
I KWU açıq Milli Azərbaycan çempionatı keçirilib - Fotolar
Növbəti çıxış Real-Aykido təşkilatının rəhbəri Fariz Abdullayevin komandası meydana daxil oldu və rəngarəngli çıxışlarla yadda qaldı. Nümnəvi çıxış üçün təşkilat rəhbərlərinə Dünya Kyokuşin Birliyi Azərbaycan adından Təşəkkürnamə təqdim olundu. Sonuncu nümunəvi çıxış IV dan qara kəmər ustası Vidadi Xəlilovun rəhbərliyi altında Dünya Kyokuşin Birliyi Azərbaycanın yığma komandası tameşivari üslubu (əllərin və ayaqların müxtəlif hissələri ilə daş və taxta sındırılması) ilə rəngarəngli çıxışlar etdilər. Çempionat saat 15:00-dan 19:00-dək yarımfinal və final döyüşləri ilə davam etdi. 19:30-da çempionatın qalibləri medal, diplom və hədiyyələrlə mükafatlandırıldılar.
I KWU açıq Milli Azərbaycan çempionatı keçirilib - Fotolar
Ümumi komanda hesabında medalların sayına görə Kyokuşin-kan komandası 9 qızıl medalla I yer, İFK komandası 7 qızıl medalla II yer, Kankuday komandası 6 qızıl medalla III yerin sahibi oldu. Digər qızıl medalları isə Samuray idman klubu, Yasudakaykan təşkilatı, Aşihara döyüş növü, Torakay klubu, Masallı rayonu, Xudat şəhəri Mübariz idman klubunun idmançıları əldə etdi.

8 – 9 yaş - 25 kq
1. Abbaslı Rəyyan - (Kankuday klubu)
2. Nəsirov Elman - (Kyokuşin Union təşkilatı)
3. İbrahimli Uğur - (İFK təşkilatı)
4. Əzimli Sunar - (Uğur klubu)

8 – 9 yaş - 30 kq

1. Hüseynzadə Məhəmmədəli – (Kyokuşin-kan təşkilatı)
2. Hümbətli Xalid – (Kankuday klubu)
3. Piriyev Oğuzxan – (Aşihara təşkilatı)
4. Abdullayev Səid – (Katana klubu)

8 – 9 yaş - 35 kq
1. Səfərli Səfər – (Kyokuşin-kan təşkilatı)
2. Vəliyev Zamir – (Vətən klubu)
3. Şabanov Renat – (Zaqatala rayonu)
4. Əhmədov Şakir – (Kyokuşin-kan təşkilatı)

8 – 9 yaş + 35 kq
1. Məmmədli Yusif – (Kankuday klubu)
2. Paşayev Atilla – (Kankuday klubu)
3. Şərifov Ramal – (Masallı rayonu)
4. Salamov Cavad – (Kyokşin-kan təşkilatı)

10 – 11 yaş - 30 kq
1. Qafarlı Müzəffər – (İFK təşkilatı)
2. Məmmədli Çingiz – (Masallı)
3. İbrahimli Nicat – (İFK təşkilatı)
4. Rəsulov Fərid – (Kankuday klubu)

10 – 11 yaş - 35 kq
1. Musayev Heydər – (Kankuday klubu)
2. Abdulrazimov Polad – (Kankuday klubu)
3. Hüseynov Nihad – (Kyokuşin Union)
4. Əlixanov arzu – (Xudat şəh.Mübariz idman klubu)

10 – 11 yaş - 40 kq
1. Qafarov Məhəmməd – (İFK təşkilatı)
2. Kiçikbəyov Əli – (Masallı rayonu)
3. Hüseynli Xanoğlan – (Kankuday klubu)
4. Yusubov Sadiq – (Xəzər idman klubu)

10 – 11 yaş - 45 kq
1. Bağırov Rəvan – (Yasdakaykan təşkilatı)
2. Şıxbalayev Elcan – (Xudat şəh.Mübariz idman klubu)
3. Əliyev Yaqub – (Uğur idman klubu)
4. Əhmədzadə Mirkamil – (Yasudakaykan təşkilatı)

10 – 11 yaş - 50 kq
1. Quliyev Səid – (Torakay klubu)
2. Xasiyev Cavadxan – (Aşihara təşkilatı)
3. Əliyev Nihad – (Yasudakaykan təşkilatı)
4. Bənətiyev Cəfər – (Kankuday klubu)

10 – 11 yaş + 50 kq
1. Hacıyev Arif – (Samuray idman klubu)
2. Hüseynov Ramil – (Aşihara təşkilatı)
3. Zeynalov Hüseyn (Kyokuşin-kan təşkilatı)
4. Sədətov Amil – (İKO-Matsuşima təşkilatı)

12 – 13 yaş - 35 kq
1. Hüseynov Mehdi – (Kyokuşin-kan təşkilatı)
2. Əliyev Heydərəli – (Kankuday klubu)
3. Əsədli Səid – (İFK təşkilatı)
4. Hüseynzadə Rafiq – (Kyokuşin-kan təşkilatı)

12 – 13 yaş - 40 kq
1. Mürsəlli Aləm – (Kankuday klubu)
2. Sadıqlı Nicat – (Kyokuşin-kan təşkilatı)
3. Abıyev Nihad – (Kankuday klubu)
4. Əhmədov Əli – (Katana klubu)

12 – 13 yaş - 45 kq
1. Qurbanov Şahlar – (İFK Qaradağ)
2. Məmmədli Zakir – (Kankuday klubu)
3. Əliyev Turan – (Masallı rayonu)
4. Əhmədov Riyad – (Aşihara təşkilatı)

12 – 13 yaş - 50 kq
1. Süleymanov Emil – (Kyokuşin-kan təşkilatı)
2. Bayramzadə Kənan – (Aşihara təşkilatı)
3. Əmirxanlı Tuncay – (Uğur klubu)
4. Hacızadə Ayxan – (Aşihara təşkilatı)

12 – 13 yaş - 55 kq
1. Qurbanov Şahin – (İFK Qaradağ)
2. Teymurov Yusif – (Samuray idman klubu)
3. Əhmədzadə Qoşqar – (Kyokuşin-kan təşkilatı)
4. Səlimov Turan – (Cəsur klubu)

12 – 13 yaş + 55 kq
1. Quliyev Uğur – (Kyokuşin-kan təşkilatı)
2. Əlirzayev Nicat – (Kyokuşin-kan təşkilatı)
3. Teymurov Niyaz – (Samuray idman klubu)
4. Əliyev Əyyub – (Uğur klubu)

14 – 15 yaş - 45 kq
1. İsayev Kənan – (İFK təşkilatı)
2. Bəbirov Kamil – (Masallı rayonu)
3. Nəsirli Toğrul – (Xəzər idman klubu)
4. Əliyev Ağaəli – (Kyokuşin-kan təşkilatı)

14 – 15 yaş - 50 kq
1. Məmmədov Amil – (İFK Qaradağ)
2. Xəlilzadə Muhamməd – (İFK təşkilatı)
3. Cavadlı Elcan – (Kyokuşin-kan təşkilatı)
4. Nuriyev Əliməmməd – (Samray idman klubu)

14 – 15 yaş - 55 kq
1. Balakişiyev Pərviz – (İFK Qaradağ)
2. Süleymanov Vüqar – (Aşihara təşkilatı)
3. Aslanov Fərhad – (Kyokuşin-kan təşkilatı)
4. Ağabəyov Həsən – (Xudat şəh.Mübariz idman klubu)

14 – 15 yaş - 60 kq
1. Mustafazadə Amin – (Kyokuşin-kan təşkilatı)
2. Əliyev Vaqif – (Samuray idman klubu)
3. İsmayılov Elgün – (Aşihara təşkilatı)
4. Məmmədov Arzu – (Katana klubu)

14 – 15 yaş - 65 kq
1. Həşimov Murad – (İFK təşkilatı)
2. Sadıqov Kənan – (Sədərək idman klubu)
3. Orucov Şahin – (İKO Matsuşima təşkilatı)
4. Qədirli Hüseyn – (Kyokuşin-kan təşkilatı)

14 – 15 yaş + 65 kq
1. Cabbarlı Tunar – (Kyokuşin-kan təşkilatı)
2. Qocayev Nihad – (Samuray idman klubu)
3. Qasımzadə Orxan – (Kankuday klubu)
4. Mirzəyev Sabir – (Sədərək idman klubu)

16 – 17 yaş - 55 kq
1. Əliyev Vaqif – (İFK təşkilatı)
2. Məhərrəmov Rahid – (Masallı rayonu)
3. Ələkbərov Məsud – (Torakay klubu)
4. Səfərov İmran – (Kyokuşin-kan təşkilatı)

16 – 17 yaş - 60 kq
1. Sadıqov Elman – (Masallı rayonu)
2. Pənahov Xəyal – (Kankuday klubu)
3. Məmmədov Abasqulu – (Torakay klubu)
4. Rüstəmli Yusif – (Kyokuşin-kan təşkilatı)

16 – 17 yaş + 60 kq
1. Yaqubov Kənan – (Kankuday klubu)
2. Hüseynov Fərzəli – (Kyokuşin Union)
3. Vəliyev Ülfət – (Aşihara təşkilatı)
4. Allahverdiyev Rəvan – (Kyokuşin-kan təşkilatı)

Kişilər - 60 kq
1. Abdullazadə İlqar – (İFK təşkilatı)
2. Əliyev Tuqay – (Kankuday klubu)
3. Əliyev Şamxal – (Samuray idman klubu)
4. Cəfərli Cabbar – (Yasudakaykan təşkilatı)

Kişilər - 70 kq
1. Məmmədov Samran – (İFK təşkilatı)
2. Əfəndiyev Ramil – (Kankuday klubu)
3. Adilzadə Xalid – (Masallı rayonu)
4. Əsgərov Əkbər – (Aşihara təşkilatı)

Kişilər + 70 kq
1. Namazov Seyfəddin – (Kempo klubu)
2. Nuqayev Emin – (Xəzər idman klubu)
3. Hacıyev Oruc – (Aşihara təşkilatı)
4. Omarov Xaliq – (Yasudakaykan təşkilatı)

Qızlar - 60 kq
1. Süleymanova Ləman – (Kankuday klubu)
2. Mahmudova Aysel – (Xudat şəh.Mübariz idman klubu)
3. Xudiyeva Leyla – (Kyokuşin-kan təşkilatı)

Qızlar - 65 kq
1. Qərari Nəstərən – (Kyokuşin-kan təşkilatı)
2. Səmədova Güllü – (Katana klubu)
3. Aslanlı Nigar – (Kyokuşin-kan təşkilatı)

Qızlar + 65 kq
1. Xeyrullahniya Nesa – (Kyokuşin-kan təşkilatı)
2. Qalabəyova Nərminə – (Kankuday klubu)
XƏBƏR LENTİ
SORĞU