08 noy 07:47idman

Avropa Liqası: 5 komanda 1/16 finala vəsiqə qazanıb

Avropa Liqası: 5 komanda 1/16 finala vəsiqə qazanıb
Bu gün Avropa Liqasında IV tur başa çatıb.

APA-nın məlumatına görə, 12 qrupda 23 qarşılaşma baş tutub.

Bu oyunlardan sonra 5 komanda 1/16 finala yüksəlib. Bunlar
İspaniyanın “Sevilya” və “Espanyol” klubları, həmçinin İsveçrə “Bazel”i, Şotlandiyanın “Seltik”i, İngiltərə “Mançester Yunayted”idir.

Azərbaycan çempionu “Qarabağ” Kiprdə APOEL-ə uduzaraq A qrupunda 2-ci yeri əldən verib. “Sevilya” 4-cü qələbə ilə qrupda 1-ci yeri təmin edib.

Qonşu Türkiyə klublarından “Beşiktaş”la “Trabzonspor” yenə uduzubsa, “Başakşəhər” ardıcıl ikinci qələbə ilə qrup liderinə çevrilib.

Qeyd edək ki, V turun oyunları noyabrın 28-də keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi
IV tur, 7 noyabr

A qrupu
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 2:1
Souza, 59, İoannou, 88 – Medvedev, 10
21:55. “Düdelanj” (Lüksemburq) – “Sevilya” (İspaniya) – 2:5
Sinani, 69, 80 – Dabbur, 18, 36, El Haddadi, 27, 33, 67
XƏBƏR LENTİ
SORĞU