31 okt 08:23idman

Əməkdar məşqçidən İlham Əliyevə ŞOK MÜRACİƏT-VİDEO

Əməkdar məşqçidən İlham Əliyevə ŞOK MÜRACİƏT-VİDEOMəmur özbaşınalığına məruz qalan Azərbaycanın “Əməkdar məşqçi”si,“Fəxri Bədən Tərbiyəsi və idman işçisi” Xəyal Hacızadə Prezidentdən kömək istəyir.

Kanal32.az xəbər verir ki,Azərbaycanın “Əməkdar məşqçi”si,“Fəxri Bədən Tərbiyəsi və idman işçisi” 42 yaşlı Gəncə şəhər sakini Xəyal Hacızadə ölkə başçısı İlham Əliyevə video-müraciət edib.Qərb bölgəsinin tanınmış idman adamı əvvəlki icra başçısı Elmar Vəliyevin vaxtında haqsızlığıa məruz qalıb.Nəticədə Gəncə idamanının inkişafına öz töfhəsini vermiş Xəyal Hacızadə 4 ildir ki,işsizdir.İdman sahəsi üzrtə peşəkar kadr olan adıçəkilən şəxsin son illərdə etdiyi saysız-hesabsız müraciətlər isə hələ də cavabsızdır.

2011-ci ildən 2015-ci ilin iyununa qədər Təhsil Respublika İdman Mərkəzin Gəncə filialının direktoru vəzifəsində çalışımış Xəyal Hacızadə faəliyyəti dövründə Gəncə şəhərində ilk dəfə silsilə idman yarışları keçirib.Bədii gimnastika yarışlarının,peşəkar boks döyüşünün,müxtəlif növ əlbəyaxa döyüşlərin təşkilatçısı olub.İlk dəfə olaraq Gəncənin “Kəpəz” futbol klubunun oynuna qadın azarkeşləri aparılmasını təmin edib.Fəaliyyəti dönəmində gəncəli idmançılar dünya və Avropa birinciliklərinin qalibi olub.Qərb zonasının sərbəst güləş idman növü üzrə ilk Olimpiya çempionu Toğrul Əsgərov məhz onun rəhbərliyi dönəmində bu uğura imza atıb.Sözün əsl mənasında qanı ilə,canı ilə idmana bağlı olan bu gənc oğlan Təhsil Respublika İdman Mərkəzin Gəncə filialının direktoru vəzifəsinədə çalışdığı vaxtlarda 10 nəfər Azərbaycan Respunlikasının “Əməkdar məşqçi”si, 4 nəfər Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və idman işçisi”,2 nəfər isə “Şöhrət” ordeni fəxri adlarına layiq görülüb.

Amma,nə yazıq ki,Yeni Azərbaycan Partiyasının üzvü,Azərbaycan Respulikasının əməkdar məşqçisi,aktiv fəaliyyətinə və idman sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və idman işçisi adlarına layiq görülən,Gəncə idmanının inkişafında müstəsna xidmətləri olan iki əsgər atası Xəyal Hacızadə ona qarşı olan biganə və qanunsuz münasibətdən əziyyət çəkir.Və məmurların batırmaq istədiyi haqq səsini çox hörmətli İlham Əliyevə çatdırmaq istəyir:

Qeyd edək ki,“Əməkdar məşqçi”si,“Fəxri Bədən Tərbiyəsi və idman işçisi” Xəyal Hacızadəyə idman məktəblərində müəllim kimi dərs saatı belə vermirlər.Üzləşdiyi bütün haqsızlıqlara,çətin maddi durumuna,aldığı mənəvi zərbələrə baxmayraq,o heç vaxt dövlətinə yönəlik mənfi fikirlər belə söyləməyib.Və hər zaman ölkə başçısına qarşı əks təbliğat aparanların tutarlı cavabını verməyi bacarıb.Bir sözlə,əksər vəzifə sahibləri kimi üzdə YAP-çı,əməldə müaxlifətçi və satqın olmayıb.HƏMİŞƏ DÖVLƏTİNİN VƏ DÖVLƏT BAŞÇISININ YANINDA OLUB…

Görünüən odur ki,ölkə başçısı Cənab İlham Əliyevin idmana olan xüsusi diqqəti və idmanın inkişafında xidmətləri ilə fərqlənən insanlara verdiyi qiyməti bir çox ambisioz məmurlar ya dərk etmir,ya da dərk etmək istəmir.(?)

Görəsən,Cənab prezidentin 15 oktyabr 2019-cu il tarixdə keçirdiyi müşavirdə cavan, bacarıqlı və dünyagörüşlü gənclərin vəzifələrə təyin olunması ilə bağlı Baş nazir qarşısında qoyduğu tələbləri özündənrazı rəhbərlər,məmurlar,regionlardakı “cuppulu padşahlar” duymadımı???

P.S.Məhv olmaq təhlükəsinin bir addımlığında olan Gəncə idmanının acınacaqlı vəziyyəti isə başqa bir məqalənin mövzusudur.
XƏBƏR LENTİ
SORĞU