31 okt 07:44idman

Daha bir Azərbaycan güləşçisi medal qazandı

Daha bir Azərbaycan güləşçisi medal qazandı
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Əsgər Məmmədəliyev debütdə Ukrayna idmançısına məğlub olub.

Murad Süleymanov təsnifat mərhələsində belaruslu rəqibinə qalib gəlib. Həmyerlimiz daha sonra moldovalı idmançını məyus edib. Ancaq Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda gürcü rəqibiylə bacarmayıb.

Hacımurad Məhəmmədsəidov mundiala inamlı start verib. Alman güləşçini vaxtından əvvəl üstələyən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb. Moldova təmsilçisinə də tam üstünlüklə qalib gələn yığmamızın üzvü adını yarımfinala yazdırıb. Yaponiya pəhləvanından da güclü olan Məhəmmədsəidov finalda iştirak hüququ qazanıb. Oktyabrın 30-da həlledici görüşdə İran təmsilçisiylə üz-üzə gələn Hacımurad məğlub olaraq gümüş medalı boynundan asıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Şamil Zubairov ilk görüşdə bolqar həmkarına şans tanımayıb. Zubairov 1/4 İsveçrə idmançısına da rahat qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ güləşçisinə məğlub olaraq ümidini bürünc medala bağlayıb. Oktyabrın 31-də İran pəhləvanıyla qarşılaşmadan məğlub ayrılan Şamil 5-ci yerlə kifayətlənib.
XƏBƏR LENTİ
SORĞU