26 okt 17:52idman

Kyokuşin karate üzrə 1-ci KWU açıq Azərbaycan Çempionatı keçiriləcək

Kyokuşin karate üzrə 1-ci KWU açıq Azərbaycan Çempionatı keçiriləcək2019-cu il noyabrın 2-də Sərhədçi İdman Olimpiya Mərkəzində Kyokuşin karate üzrə uşaqlar, yeniyetmələr, gənclər, qadınlar və kişilər arasında 1-ci KWU açıq Azərbaycan Çempionatı keçiriləcək.

Dünya Kyokuşin Birliyi - Azərbaycan nümayəndəliyinin sədri, beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının əməkdar məşqçisi, 4-cü dan qara kəmər ustası Qələndər Aslanov Avrasiya.net-ə bildirib ki, çempionatda rayon və şəhər klublarından 30-a yaxın komanda iştirak edəcək.

Yarışın təntənəli açılış mərasimi 02 noyabr saat 14:00-da olacaq.
XƏBƏR LENTİ
19-11-2019, 20:43
SORĞU