14 okt 18:46idman

Həmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsi

Həmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsiProfessional döyüş və qarışıq döyüş sənətləri (Mixed martial arts,MMA) üzrə müxtəlif tədbirlərin keçirilməsini təmin edən yapon döyüş mədəniyyətləri federasiyası olan Rizin Döyüş Federasiyası illərdir davam edən silsilə yarışlarını keçirməkdədir.

Avrasiya.net xəbər verir ki, həmyerlimiz Tofiq Musayev növbəti silsilə çempionatda iştirak edərək, Rizin Grand Prix 2019 turnirində sayca 3-cü qələbəsini qazanaraq növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb. Belə ki, 70 kq çəki dərəcəsində döyüşən Tofiq Musayev rəqibi avstraliyalı güləşçi Damien Braun üzərində qələbəsini 4 dəqiqə 14 saniyə ərzində nokautla tamamlayıb.

Ümumilikdə sayca 16 görüş keçirən 29 yaşlı Tofiq Musayev bununla ardıcıl olaraq 12-ci qələbəsini reallaşdırıb. Yarımfinalda onun rəqibi amerikalı Coni Keys olacaq.
Növbəti mərhələdə həmyerlimizə uğurlar arzu edir, finala vəsiqə qazanacağını ümid edirik.
Həmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsi
Həmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsi
Həmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsi
Həmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsi
Həmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsi
Həmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsi
Həmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsiHəmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsi
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU