09 okt 22:35idman

Millimiz Bəhreynin millisini məğlub edib

Millimiz Bəhreynin millisini məğlub edib Bakı vaxtı ilə saat 20:30-da futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirili.

Xatırladaq ki, ilk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

Bəhreyn millisi Malodun matçın 31-ci dəqiqədə vurduğu qolla hesabda irəli çıxıb, bundan 10 dəqiqə sonra R.Dadaşov bərabərlik qoluna imza atıb: 1-1.

Matçın 62-ci dəqiqəsində T.Xəlilzadə komandamızın 2-ci qolunu vurub: 1-2.

Qətər millisi görüşün 68-ci dəqiqəsində hesabı bərabərləşdirsə də cəmi 2 dəqiqə sonra Ramil Şeydayev Azərbaycan yığmasını yenidən önə çıxarıb.

Beləcə, millimiz Bəhreyn millisinə 3-2 hesabı ilə qalib gəlib.
XƏBƏR LENTİ
SORĞU