06 okt 19:27idman

Rafael Ağayev Premyer Liqanın qalibi oldu

Rafael Ağayev Premyer Liqanın qalibi oldu
Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən "Karate 1” Premyer Liqa turnirinin qalibi olublar.

Qaynarinfo.az xəbər verir ki, Rafael Ağayev finalda Qazaxıstandan olan rəqibi Yermek Aynəzərovla qarşılaşıb.

R. Ağayev finalda rəqibinə qalib gələrək turnirin qalibi olub. 68 kq çəkidə qadınların mübarizəsində İrina Zaretska isə finalda çinli rəqibo Qong Liyə qalib gəlib.

Qadınların mübarizəsində 50 kq çəkidə çıxış edən Nuranə Əliyeva bürünc medal uğrunda görüşdə iştirak edib. İdmançımız Yaponiya təmsilçisi Endo Çinatsunu məğlub edərək yarışın bürünc mükafatçısı adına yiyələnib.

Qeyd edək ki, "Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışıb.
XƏBƏR LENTİ
SORĞU