17 sen 07:23idman

"Qarabağ"a 4 milyon avroya yaxın pul köçürüldü

"Qarabağ"a 4 milyon avroya yaxın pul köçürüldü
"Qarabağ"ın 2019-2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar qitə futbol qurumu tərəfindən ayrılmış 2 milyon 750 min avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Axar.az xəbər verir ki, bu məbləğ Avropa Liqasının qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Həmçinin "Qarabağ"ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən, müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU