08 sen 09:23idman

Türkiyə millisi Avropa çempionatının finalında

Türkiyə millisi Avropa çempionatının finalındaMacarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib.

Finala vəsiqə uğrunda görüşdə Serbiya millisi İtaliyanı, Türkiyə seçməsi isə Polşanı 3:1 hesabı ilə məğlub edib. Beləliklə, çempionatın finalında Serbiya millisi Türkiyə ilə qarşılaşacaq. İtaliya və Polşa komandaları isə bürünc medal uğrunda görüşdə üz-üzə gələcəklər.

Çempionatın C qrupunda mübarizə aparan Azərbaycan millisi Xorvatiya və Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.

Çempionatın final və üçüncü yer uğrunda matçları sentyabrın 8-də Türkiyədə təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.
XƏBƏR LENTİ
SORĞU