30 avq 16:18idman

“Qarabağ”ın qrupdakı rəqibləri bəlli oldu

“Qarabağ”ın qrupdakı rəqibləri bəlli olduBu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Avrasiya.net xəbər verir ki, Monakoda keçirilən tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Püşkatma nəticəsində Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olub.

Belə ki, A qrupuna düşən “Qarabağ” "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.


A qrupu

"Sevilya" (İspaniya)

APOEL (Kipr)

"Qarabağ" (Azərbaycan)

"Düdelanj" (Lüksemburq)
XƏBƏR LENTİ
SORĞU