13 avq 22:20idman

"Qarabağ" məğlub oldu: 0-2

"Qarabağ" məğlub oldu: 0-2UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”- APOEL komandaları arasında bu gün keçirilən görüş başa çatıb.

Avrasiya.net-in məlumatına görə, "Qarabağ" matçın 34-cü dəqiqəsində APOEL-in penaltidən vurduğu qolla hesabda geri düşüb: 0-1.
68-ci dəqiqədə isə Uros Matiç 2-ci qolu "Qarabağ"ın qapısından keçirib.

Xatırladaq ki, ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə iki illik müqavilə bağlanılıb.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU