13 avq 09:03idman

“Qarabağ” bu gün “pley-off”a yüksələ bilər - Çempionlar Liqasının TƏQVİMİ

“Qarabağ” bu gün “pley-off”a yüksələ bilər - Çempionlar Liqasının TƏQVİMİ
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

10 matçdan qalib ayrılacaq komandalar pley-off mərhələsinə yüksələcək.

Azərbaycan çempionu “Qarabağ” səfərdə 2:1 hesabı ilə məğlub etdiyi Kipr APOEL-ini qəbul edəcək.
Komandamız pley-off mərhələsinə çıxacağı təqdirdə “Ayaks” – PAOK cütünün qalibi ilə oynayacaq. Bu komandaların ilk görüşü 2:2 olub.

13 avqust

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr), İlk oyun – 2:1
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

21:00. “Rusenborq” (Norveç) - “Maribor” (Sloveniya)
İlk oyun – 3:1

22:00. "Ferensvaroş" (Macarstan) – “Dinamo” (Xorvatiya)
İlk oyun - 1:1

22:00. “Kopenhagen” (Danimarka) – “Srvena Zvezda” (Serbiya)
İlk oyun – 1:1

22:30. “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan)
İlk oyun - 2:2

22:45. "Seltik" (Şotlandiya) – ÇFR (Kluj, Rumıniya)
İlk oyun - 1:1

21:30. “Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika)
İlk oyun - 0:1

22:30. “Olimpiakos” (Yunanıstan) – “Başakşəhər” (Türkiyə)
İlk oyun - 1:0

22:30. LASK (Avstriya) – “Bazel” (İsveçrə)
İlk oyun - 2:1

23:00. “Portu” (Portuqaliya) – “Krasnodar” (Rusiya)
İlk oyun - 1:0
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU