06 avq 09:07idman

"Qarabağ” bu gün APOEL-llə oynayır

"Qarabağ” bu gün APOEL-llə oynayır
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.

İlk oyun günündə 5 görüş keçiriləcək.

Azərbaycan təmsilçisi "Qarabağ" Kiprdə yerli APOEL-in qonağı olacaq.

Komandamız növbəti mərhələyə çıxa bilsə, onun pley-offdakı potensial rəqibləri PAOK və "Ayaks" cütlüyünün qalibi olacaq. Bu komandalar Yunanıstanda üz-üzə gələcək.

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL səddini keçə bilməsə, yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.

Artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də müəyyənləşib.

Komandamız Kipr klubuna məğlub olsa, AvroLiqanın pley-off mərhələsində "Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" AvroLiqaya düşsə, ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.
loading...
XƏBƏR LENTİ
SORĞU