05 avq 08:18idman

Qarabağ”ın Çempionlar Liqasındakı növbəti potensial rəqibi müəyyənləşəcək

Qarabağ”ın Çempionlar Liqasındakı növbəti potensial rəqibi müəyyənləşəcək
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkatması keçiriləcək

Tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. III təsnifat mərhələsi başa çatmadığından püşkdə 10 cüt və 2 komanda iştirak edəcək.

Azərbaycan çempionu “Qarabağ”ın Kipr APOEL-i ilə cütünün də növbəti rəqibinin kimliyini biləcək. Çempionlar yolunda mübarizə aparacaq 6 cüt və 2 klubun sırasında olan “Qarabağ” – APOEL dueli püşkdə səpələnməmişlərdən olacaq.
Qeyd edək ki, pley-offun oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar Liqası
Pley-off mərhələsinin püşkatması

Çempionlar yolu
Səpələnmişlər

ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
"Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan)
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka)

Səpələnməmişlər
“Slaviya” (Çexiya)
“Yanq Boyz” (İsveçrə)
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)

Liqa yolu
Səpələnmişlər

“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

Səpələnməmişlər
“Başakşəhər” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan)
“Bazel” (İsveçrə) - LASK (Avstriya) (APA)
loading...
XƏBƏR LENTİ
SORĞU