01 avq 22:53idman

"Neftçi" "Arsenal"a qalib gəlib - 3-0

"Neftçi" "Arsenal"a qalib gəlib - 3-0  UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” ilə “Arsenal” qarşılaşıb.

Matçın 50-ci dəqiqəsində Rauf Əliyev hesabı açıb: 1-0.

"Neftçi" matçın 90-cı dəqiqəsində Federikonun penaltidən vurduğu qolla fərqi artırıb: 2-0.

Mamadu Kane görüşün son dəqiqəsində 3-cü topu rusların qapısından keçirib: 3-0.

Qeyd edək ki, komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.
loading...
XƏBƏR LENTİ
SORĞU