31 iyl 22:54idman

"Qarabağ” qalib gələrək növbəti mərhələyə adladı

"Qarabağ” qalib gələrək növbəti mərhələyə adladıBu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” İrlandiya çempionatının son qalibi "Dundalk”ı qəbul edib.

Bu komandalar arasında bir həftə öncə Dundalkda keçirilmiş ilk qarşılaşma 1:1 hesabıyla başa çatıb.

Romero matçın 12-ci dəqiqəsində "Qarabağ"ı hesabda irəli çıxarıb: 1-0.

"Qarabağ" Ailtonun matçın 76-cı dəqiqəsində vurduğu qolla fərqi artırıb: 2-0.

Romero matçın 87-ci dəqiqəsində 3-cü qolu rəqib komandanın qapısından keçirib: 3-0

Beləliklə "Qarabağ” İrlandiya çempionunu mübarizədən kənarlaşdıraraq, növbəti mərhələdə Cənubi Kiprin APOEL klubu ilə qarşılaşacaq.
loading...
XƏBƏR LENTİ
SORĞU