18 iyn 19:52idman

Azərbaycanlı kikboksçu «Professor» bu dəfə Parisdə qüvvəsini sınayacaq

Azərbaycanlı kikboksçu «Professor» bu dəfə Parisdə qüvvəsini sınayacaqAzərbaycanlı kikboksçu Alim Nəbiyev azarkeşlərini, o cümlədən dünya Azərbaycanlılarını sevindirmək üçün yenə də rinqə çıxır.

Avrasiya.net-ə Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən bildirilib ki, iyunun 22 də Fransanın pyataxtı Parisdə - Zenit Paris la Vilette idman kompleksində kiqboksun parlaq ulduzu olan igidimiz gücünü sınayacaq. Nüfuzlu idman yarışında Alim Nəbiyevin iştirakı Rusiya Azərbaycanlıları İttifaqı və şəxsən təşkilatın rəhbəri Fizuli Məmmədovun maliyyə dəstəyi ilə təmin edilib.

«Professor» ləqəbli Alim Nəbiyev 77 kq çəki dərəcəsində dünya reytinqi üzrə bir nömrəli kiqboksçu hesab edilir. 7 qat dünya və 3 qat Avropa çempionu olmuş soydaşımız Parisdə yerli döyüşçü Sedrik Doumbe ilə qarşılaşacaq.

"Avropada, xüsusən də Parisdə yaşayan azərbaycanlıları bu idman hadisəsinə qatılmağa dəvət edirik. Rəqibimizin köməyi doğma divarlar - Fransadırsa, soydaşımızın dəstəyi də bizlər olaq. Sübut edək ki, onlar çox ola bilər, - amma BİZ AZƏRBAYCANLIYİQ"
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU