18 iyn 08:53idman

Bu gün AvroLiqanın püşkü atılacaq

Bu gün AvroLiqanın püşkü atılacaqBu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Ölkəmizi bu mərhələdə təmsil edəcək “Neftçi” və “Səbail” də rəqiblərini tanıyacaq.
Mərasim Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

“Neftçi”nin potensial rəqibləri

“Hibernians” (Malta)

“Rujomberok” (Slovakiya)

“Pandev Akademiyası” (Makedoniya)

“Speranta” (Nisporeni, Moldova)

“Zeta” (Monteneqro)


“Səbail”in potensial rəqibləri

“Universitatya Krayova 1948” (Rumıniya)

“Baltsan” (Malta)

“Laçi” (Albaniya)

“Şkupi” (Makedoniya)

“Petrokub-Hincesti” (Moldova)

“Narva Trans” (Estoniya)

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU