10 iyn 08:19idman

Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi oldu

Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi olduUEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turnirinə yekun vurulub.

Iyunun 9-da final görüşü keçirilib.

Finalda Portuqaliya millisi Hollandiya yığması ilə qarşılaşıb.

Görüş portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 60-cı dəqiqədə Qoncalo Guedes olub.

Beləliklə, Millətlər Liqasında ilk mövsümün kubokunu Portiqaliya millisi başı üzərinə qaldırıb.

3-cü yer uğrunda matçda İngiltərə və İsveçrə üz-üzə gəlib. Matçın 120 dəqiqəsi ərzində qapılara qol vurulmayıb.

Üçüncü yerin taleyi penaltilər seriyasında həll olunub. İngiltərə 6:5 hesabı ilə qalib gəlib.
loading...
XƏBƏR LENTİ
SORĞU