08 iyn 22:02idman

Millimiz yenə məğlub oldu

Millimiz yenə məğlub olduAvro-2020-nin seçmə mərhələsində qarşılaşacaq Azərbaycan və Macarıstan milli komandalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə daxil olacaq.

Azərbaycan: 1. Səlahət Ağayev, 23. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 13. Dmitri Nazarov, 11. Ramil Şeydayev, 10. Mahir Emreli, 17. Renat Dadaşov.

Macarıstan: 1. Peter Qulacsi, 2. Botond Barat, 3. Mihai Korhut, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Adam Naqi, 9. Adam Salai, 10. Dominik Soboslai. 14. Qerqö Lovrençiç, 15, Laslo Klyaynhaysler, 18. Dominik Naqi.

***

Millimiz Macarıstana qarşı mübarizəyə başladı.

***

Macarlar matçın 18-ci dəqiqəsində Orbanın qolu ilə hesabı açdı: 0-1.

***

Matçın 51-ci dəqiqəsində Barat ikinci qolu millimizin qapısından keçirdi: 0-2.

***

Mahir matçın 68-ci dəqiqəsində hesab arasındakı fərqi azaltdı: 1-2.

***

Macarlar 71-ci dəqiqədə 3-cü qolu vurdu: 1-3.

***

Millimiz seçmə mərhələnin ikinci oyununda Macarıstanla evdə keçirdiyi görüşdə rəqibinə 3-1 məğlub oldu.
loading...
XƏBƏR LENTİ
SORĞU