27 may 18:05idman

Azərbaycanlı idmançı Yaponiyada növbəti döyüşə çıxır – Foto

Azərbaycanlı idmançı Yaponiyada növbəti döyüşə çıxır – FotoHəmyerlimiz Tofiq Musayev Yaponiyada Rizen liqasında növbəti döyüşünə çıxacaq.

Avrasiya.net xəbər verir ki, bu dəfə Tofiq Musayevin rəqibi UFC liqasının tanınmış idmançılarından olan Daron Krikşenkdir.

Döyüş iyun ayının ikisində yaponiyanın Tokyo şəhərində baş tutacaq.

Qeyd edək ki, Daron Krikşenkin rekordu 21-in 11-ədir. Döyüşçü keçirdiyi iyirmi bir görüşün onundan qalib kimi ayrılmışdır. 33 yaşlı idmançı UFC liqasında bir neçə döyüş keçirmiş, daha sonra isə Rizen liqası ilə müqavilə imzalamışdır. Tofiq Musayev isə bu günə qədər keçirdiyi 14 döyüşdən sadəcə 3-ündə ringdən məğlub kimi ayrılıb.

Xatırladaq ki, Tofiq Musayevin bundan əvvəlki rəqibi Asiyanın məşhur MMA döyüşçüsü Nobumitsu Tayson olmuş, Tofiq Musayev rinqdən qalib kimi ayrılmışdı. T. Musayev MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur. Onu da qeyd edək ki, nəzərdə tutulan döyüş iyun ayının ikisi Yaponiya vaxtı ilə saat 14:00-da keçiriləcək.
Azərbaycanlı idmançı Yaponiyada növbəti döyüşə çıxır – Foto
XƏBƏR LENTİ
14-02-2020, 16:30
SORĞU