14 may 13:59idman

Bakıdakı finalda qalib gələn 8,5 milyon qazanacaq

Bakıdakı finalda qalib gələn 8,5 milyon qazanacaq Bakıda keçiriləcək Avropa Liqası finalına qalibinə veriləcək mükafatlar məlumdur. “Çelsi” – “Arsenal” cütündən hansı matçdan qalib ayrılsa, 15 kq ağırlığında olan kuboka sahibi çıxacaq.

Bu kubok qitədə çəkisinə görə ən ağırıdır. Həlledici görüşdən qalib ayrılacaq komanda üçün ümumilikdə 40 qızıl medal nəzərdə tutulub.
Qalibin digər mükafatı isə növbəti mövsüm birbaşa Çempionlar Liqasının qrupunda iştirak etməsidir.

Maddi olaraq da komandalar irəli düşəcəklər. Qalib komanda 8,5 milyon avronun sahibi olacaq. Finalçı olan digər klub isə 4,5 milyon avro qazanacaq. (Qafqazinfo)
loading...
XƏBƏR LENTİ
Bu gün, 10:44
SORĞU