30 noy 07:08idman

“Qarabağ” Bakıda “Sportinq”ə biabırçı hesabla məğlub oldu

“Qarabağ” Bakıda “Sportinq”ə biabırçı hesabla məğlub olduUEFA Avropa Liqasının “Qarabağ” – “Sportinq” oyunu bitib. Qarşılaşma qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupda keçirilən digər oyunda isə “Vorskla” evdə “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.

Oyunun 5-ci dəqiqəsində qonaqlar Bas Dostun penaltidən vurduğu qolla hesabı açıblar.

Cəmi doqquz dəqiqə sonra “Qarabağ” oyunda tarazılığı bərpa edib. Qolu Abdullah Zubir vurub.
Qarşılaşmanın 20-ci dəqiqəsində Bruno Fernandeş meydan sahiblərini məyus edib.
“Sportinq” “Qarabağ”a daha bir qol vurub. Oyunun 33-cü dəqiqəsində Nani komandasının üçüncü qoluna imza atıb.“Qarabağ” – “Sportinq” oyununda sayca beşinci qol vurulub. Matçın 65-ci dəqiqəsində Abdulay Diabi qonaqların dördüncü qoluna imza atıb.
“Sportinq” “Qarabağ”ın qapısına beşinci qolunu vurub. Oyunun 75-ci dəqiqəsində Bruno Fernandeş fərqlənib və bununla dubla imza atıb.
“Qarabağ” – “Sportinq” oyununda hesab 1:6 olub. Oyunun 82-ci dəqiqəsində Abdulay Diabi dubla imza atıb.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU