“Qarabağ” üçün son ümid: Həlledici oyun

“Qarabağ” üçün son ümid: Həlledici oyunUEFA Avropa Liqasında çıxış edən “Qarabağ” bu gün qrup mərhələsinin V turu çərçivəsində növbəti oyununu keçirəcək.

Axar.az xəbər verir ki, təmsilçimiz Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda, saat 21:55-də başlayacaq oyunu Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Qrupun digər görüşündə İngiltərənin “Arsenal” klubu Ukraynanın “Vorskla” komandasının qonağı olacaq.

“Qarabağ”ın Avropa Liqasında yoluna davam etməsi üçün bu oyunda mütləq qələbə qazanması vacibdir. Bakıda qazanacağı qələbə ağdamlıların pley-off mərhələsinə çıxmaq şansını az da olsa saxlayır.

Qeyd edək ki, E qrupunda mübarizə aparan “Qarabağ” 4 oyundan 3 xalla sonuncu pillədə qərarlaşıb.