Amerikalı döyüşçü Həbibi yarışa çağırdı - Sənin kəmərini istəyirəm

Amerikalı döyüşçü Həbibi yarışa çağırdı - Sənin kəmərini istəyirəm34 yaşlı Ben Askren UFC-də heç bir yarış keçirməyib.

Amerikalı döyüşçü Ben Askren rusiyalı Həbib Nurməhəmmədovu döyüşə çağırıb. O, bu haqda özünün Twitter hesabında paylaşıb: "Səninlə döyüşməyə hazıram. Qoy dünyada kimin güclü olduğu bilinsin. Döyüş üçün vaxtı və yeri deyin".

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Askren "mənə Həbibin kəməri lazımdır" sözlərini də yazıb.

Askren 18 döyüşün hamısında qələbə çalıb və karyerasında bir dəfə də olsun məğlub duruma düşməyib.

O, Bellator versiyasında çempion titulunu qazanıb, ONE FC-də isə kəməri asanlıqla əldə edib. 34 yaşlı Ben UFC-də heç bir yarış keçirməyib. O yarışı amerikalı məhz dağıstanlı döyüşçü ilə keçirmək istəyir.

Medianın araşdırmasına görə, UFC-nin sahibi Deyn Uaytin Askreni bəyənmədiyi üzə çıxıb.

Bu nifrətin qarşılıqlı olduğu deyilir.