Futbolçu öldürüldü

Futbolçu öldürüldüDaniel Korrea Freytas evində ölü tapılıb.

Braziliyanın 2-ci liqa təmsilçisi “San-Bento” klubunun yarımmüdafiəçisi Daniel Korrea Freytas evində ölü tapılıb.

Onun boğazından aldığı 2 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

Klubdan verilən açıqlamada futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, müqavilə ilə “San-Paulu” klubuna məxsus olan 24 yaşlı futbolçu iki mövsümdür “San-Bento”da forma geyinirdi.(qafqazinfo.az)