Məğlub olan boksçu məşqçisini döydü - Video

Məğlub olan boksçu məşqçisini döydü - VideoBoks üzrə yarım ağır çəkidə idmançıların mübarizəsində gürcüstanlı boksçu Levan Şoniya bolqarıstanlı rəqibi Spas Qenova məğlub olduqdan sonra əsəbiləşərək məşqçisinə hücum çəkib.

Qaynarinfo.az xəbər verir ki, Şoniya yumruqla məşqçisinə zərbə vurub. Sözügedən hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, bu, gürcü idmançının 12-ci məğlubiyyətidir.