03 okt 06:48idman

Çempionlar Liqası: "Yuventus" evdə, "Mançester Siti" səfərdə qələbə qazanıb

Çempionlar Liqası: "Yuventus" evdə, "Mançester Siti" səfərdə qələbə qazanıbFutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində II turun ilk 2 oyunu keçirilib.

"Yuventus" İtaliyada İsveçrə "Yanq Boyz"unu, "Hoffenhaym" isə Almaniyada İngiltərənin "Mançester Siti" komandasını qəbul edib.

Hər iki qarşılaşmada 3 qol vurulub.

"Yuventus" Paulo Dibalanın 5-ci, 33-cü və 69-cu dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb - 3:0.

"Mançester Siti" isə elə ilk dəqiqədəcə qapısında qol görüb. Lakin İshak Belfodilin qoluna 8-ci dəqiqədə Serxio Aquero, 87-ci dəqiqədə isə David Silva cavab verərək, mançesterliləri sevindirib - 1:2.

Bu qələbələrdən sonra xallarını 6-ya çatdıran "Yuventus" H qrupunda, 3 xala malik "Mançester Siti" isə F qrupunda liderliyi ələ alıb/Report.
XƏBƏR LENTİ
SORĞU