Mehriban Əliyevaya medal verildi

Mehriban Əliyevaya medal verildiBirinci vitse-prezident nümunəvi nailiyyətlərinə görə mükafatlandırılıb

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva mükafatlandırılıb. Ötən gün Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi çərçivəsində prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşüblər.

Söhbət zamanı Azərbaycanın beynəlxalq idman əməkdaşlığına töhfə verdiyi, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyi bildirildi, Azərbaycan idmançılarının böyük uğurlar əldə etdikləri qeyd olunub.

Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilən görüşdə Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğu vurğulandı, gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə edilib.

Sonra Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.