Prezident Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılışında iştirak edir

Prezident Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılışında iştirak edir Azərbaycan Prezidenti İlham Əliyev Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edir.

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Avrasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.