24 avq 12:09idman

Qurban Qurbanov Moldovada “Şerif”ə məğlubiyyətdən danışdı

Qurban Qurbanov Moldovada “Şerif”ə məğlubiyyətdən danışdı"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovada "Şerif"ə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir: "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" və "Şerif" arasındakı cavab görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU