08 avq 10:47idman

Qurban Qurbanov: “İnanıram ki, Belarusda daha yaxşı oynayacağıq”

Qurban Qurbanov: “İnanıram ki, Belarusda daha yaxşı oynayacağıq”"Məğlub olmaq istəməzdik. Amma hələ ilk hissə bitib. Qarşıda 90 dəqiqəmiz var. Ola bilsin, başlanğıcda həyəcan vardı. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Qarşıda daha maraqlı 90 dəqiqə var”.

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandasına 0:1 hesabı ilə uduzduqları ilk matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanovun sözlrinə görə, PFL-dən xahiş edəcəklər ki, “Zirə” ilə çempionatdakı ilk oyun təxirə salınsın: “Açığı, belə fikirim yox idi. Amma bu görüşdən sonra belə qərar gəldik. PFL və “Zirə”dən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar. Çünki komandamızın istirahətə və cavab oyununa yaxşı hazırlaşmağa ehtiyacı var”.

Səfərdəki görüşdə heyətdə dəyişikliklər olub-olmayacağına gəlincə, baş məşqçi deyib: “Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Qrupa düşmək üçün qalib gəlməliyik. Səfərdə vurulan bir qol hər şeyi dəyişə bilər. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcəyik”.
loading...
XƏBƏR LENTİ
SORĞU