07 avq 10:51idman

Bu gün “Qarabağ” oynayır: BATE haqda nə bilirik?

Bu gün “Qarabağ” oynayır: BATE haqda nə bilirik?Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” klubu doğma meydanda Bolqarıstanın BATE komandası ilə üz-üzə gələcək.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda veriləcək. Oyunu isveçli Andreas Ekberqin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Mehmet Kulum və Stefan Hallberq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Karlsson yerinə yetirəcək.

Bu komandalar indiyədək heç vaxt qarşılaşmayıblar. BATE klubu Belarusun ən titullu klublarından biridir. Borisov təmsilçisi 14 dəfə ölkə çempionu olub. Aleksey Baqanın yetirmələri indiyədək 11 dəfə avrokuboklarda iştirak etmək hüququ qazanıb.

Klubun ən böyük nailiyyəti UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yüksəlməsidir (2010 və 2012-ci illərdə). Bu komanda UEFA-nın klub reytinqində 70-ci pillədə qərarlaşıb.

Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri evdə 0:0 hesablı heç-heçə edərək, növbəti mərhələyə yüksəliblər. İkinci təsnifat mərhələsində “Qarabağ” Albaniyanın “Kukesi” klubunu iki oyunun nəticəsinə görə ilə üstələyib (0:0, 3:0).

“Qarabağ”-BATE duelin qalibi pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının play-off mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
XƏBƏR LENTİ
SORĞU