25 iyn 23:49idman

Misir məğlub oldu, futbolçu ürək tutmasından öldü

Misir məğlub oldu, futbolçu ürək tutmasından öldüMisirin "Zamalek" klubunun keçmiş futbolçusu və kapitanı Əbdülrəhim Məhəmməd DÇ-2018-in qrup mərhələsinin son turunda keçirilən Misir-Səudiyyə Ərəbistanı matçına baxan zaman vəfat edib.

"Ölkə.Az" News.ru-ya istinadən xəbər verir ki, bunu misirli jurnalist deyib.

Onun sözlərinə görə, futbolçu səudiyyəlilərin Misirin qapısına vurduğu ikinci qoldan sonra ürək tutmasından keçinib.
Misirlilərin baş məşqçisi Ektor Kuper ötənlərin məşhur futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Misir komandası hesab 1:1 olarkən 90+4-cü dəqiqədə qapısında ikinci qolu görüb.
loading...
XƏBƏR LENTİ
Dünən, 09:02
SORĞU