10 apr 22:02idman

"Qarabağ" klubu 15.7 milyon avro qazanıb

"Qarabağ" klubu 15.7 milyon avro qazanıbBu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub.

"Report"un İspaniyanın AS nəşrinə istinadən verdiyi məlumata görə, "Qarabağ" klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb.

Siyahıya 33,59 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi "Mançester Siti" Almaniyanın "Bavariya" klubu ilə birgə 33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşürlər.

Qeyd edək ki, "Qarabağ" bu siyahıda Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Monako", Portuqaliyanın "Benfika" və Hollandiyanın "Feyenord" klublarını geridə qoyub.
XƏBƏR LENTİ
SORĞU