16 dek 18:24idman

Dama üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib - Siyəzəndə

Dama üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib - Siyəzəndə14 – 15 dekabr 2017-ci il tarixlərdə Siyəzən rayonunda Gənclər Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə dama üzrə yeniyetmə oğlanlar və qızlar arasında rayon birinciliyi təşkil olunub.

Siyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə olimpiya sistemi üzrə keçirilən yarışda 50 yeniyetmə iştirak edib.

Birincilik stolüstü oyunların yeniyetmələr arasında təbliği və inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb. İki gün davam edən yarışın yekun oyunlarının nəticəsinə əsasən oğlanlar arasında şəhər 2 saylı tam orta məktəbin şagirdi Əsgərov Əliyusif, qızlar arasında isə şəhər 5 saylı tam orta məktəbin şagirdi Ağayeva Nargilə birinci olub.

Oğlanların yarışında şəhər 1 saylı tam orta məktəbin şagirdi Kərimov Alim II, şəhər 4 saylı tam orta məktəbin şagirdi Cəfərov Anar III yeri tutub. Qızların yarışında isə şəhər 6 nömrəli məktəb-liseyin şagirdi Aslanova Şəfa II, şəhər 2 saylı tam orta məktəbin şagirdi Rzayeva Şəms III yeri qazanıb. Yer tutmuş yeniyetmələr Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.
Dama üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib - Siyəzəndə
Dama üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib - Siyəzəndə
XƏBƏR LENTİ
SORĞU