02 okt 11:08idman

Rəşad Sadıqov vida oyununa çıxacaq

Rəşad Sadıqov vida oyununa çıxacaqAzərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov yığma karyerasını başa vuracaq.

“Futbol+” yazır ki, Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Çexiya millisinə qarşı oyunda sonuncu dəfə yığma komandamızın formasını geyinəcək.

Qeyd edək ki, Rəşad Sadıqov 2001-ci ildən Azərbaycan milli komandasının formasını geyinir. O, meydana çıxdığı 110 oyunda 5 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.
XƏBƏR LENTİ
SORĞU