Şəmkirdə 15 yaşlı uşaq qatil olduŞəmkirdə 15 yaşlı uşaq qatil olduŞəmkir sakini bıçaqlanaraq qətlə yetirilib.

Rayonun Zəyəm qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Tural Ramiz oğlu bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.

İlkin məlumata görə, T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. (apa)
Xaçmazda 6-cı sinif şagirdi itkin düşdüXaçmaz şəhərində məktəb şagirdi itkin düşüb.

Xaçmaz şəhər 5 saylı məktəbin 6-cı sinif şagirdi 2006-cı il təvəllüdlü Daşdəmirov Ramin Mənsur oğlu məktəbdən çıxdıqdan sonra evə getməyib. Onun valideynləri uşağın itkin düşməsi barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. (apa)
Azərbaycanda tələbə oğlanı öldürənlər... - FotoDaxili işlər və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində son bir neçə ayda şəxsiyyət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, bu ilin oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Daxil olan məlumat əsasında şəhər prokurorluğu və Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin Əlməmmədov, Ağsu rayon sakini Zahid Dünyamalıyev və İmişli rayon sakini Ceyhun Talıblı tutularaq istintaqa cəlb olunublar. Aparılan ilkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib evə qanunsuz daxil olaraq S.Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər. Qeyd edək ki, həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğunda usta işləyən Y.Camallı digər dəstə üzvlərinə təklif edib.

Dəstə üzvləri qeyd edilən cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək onların hər birini yaşadıqları ünvanlara aparıb.

Saxlanılan şəxslərin ətraflarında Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların cari ilin avqustun 14-də Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşı Rənanın əl-ayağını yapışqanlı lentlə bağlayaraq mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində P. Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqəsdlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək qohumunun evinin yerini onlara göstərib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əlavə əməliyyat-axtarış tərdbirləri nəticəsində R. Seydiyeva da saxlanılaraq istintaqa təqdim olunub.

Hazırda qeyd olunan cinayət işləri üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı — FOTOGəncə şəhər sakini Azadxan Əliyev özünü asıb.

Təxminən bir ay öncə azyaşlı qızı itkin düşən A.Əliyevin dünən yeddi mərasimi olub.

Qeyd edək ki, A.Əliyevin həyat yoldaşı ötən ay "Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişinə müraciət edərək qızı Əliyeva Nəzrin Azad qızının itkin düşdüyünü bildirmişdi.

Xatırladaq ki, ailənin iki qız övladı var.
olke.az
20 yaşlı qız kürəyindən bıçaqlandı - Oğlan dostu ilə dava edibBakıda gənc qız kürəyindən bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda baş verib.

Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları F.İbrahimovadan ilkin izahatı alarkən məlum olub ki, o, oğlan dostu ilə mübahisə zamanı bıçaqlanıb.

Fakt araşdırılır.
Ana işə getdi, az sonra 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...Ötən gün axşam Salyanda 7 yaşlı uşağın naməlum avtomobillə vurulub öldürülməsi faciəsinin daha da faciəli təfərrüatı məlum olub. virtualaz.org xəbər verir ki, həmin uşağın anası Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzinin tibb bacısıdır. Qadın uşağı evdə nənəsi ilə qoyub işə gedib, az sonra oğlunun cansız bədəni ilə xəstəxanada qarşılaşıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində “Ay işığı” mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli VAZ-2107 markalı avtomaşın vurub. Uşaq xəstəanaya gətirilərkən yolda keçinib.

Məlum olub ki, həmin gün balaca Ayxanın anası Aytəkin tibb bacısı işlədiyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində növbədə olub. Ona görə də o və qardaşı evdə nənələrinin yanında qalıblar. Bu vaxt Bakıdan bibilərinin nişanlısı Cavid Abdullayev onlara gəlib.

Bazarlıq üçün yaxınlıqdakı “Ay İşığı “ marketinə yollanan C.Abdullayevə Ayxan və qardaşı da qoşulub. Mağazadan çıxan zaman isə uşağı hələ də axtarışda olan maşın vuraraq qaçıb. Həyatının son anlarını yaşayan balaca Ayxan dərhal yaxınlıqda olan insanlar tərəfindən Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya ağır yaralı gətirildiyini eşidən ana dərhal ona yaxınlaşıb və... bir qədər evdə qoyub gəldiyi 7 yaşlı oğlunun cəsədini görüb...

Qeyd edək ki, cinayəti törədib qaçan sürücü hələ tutulmayıb.
2 uşaq atası Aptekdə intihar etdi - AzərbaycandaGoranboy rayon sakini özünü asaraq intihar edib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayev Araz Yasin oğlu özünə məxsus aptekdə intihar edib.

İki uşaq atasının hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bərdədə dəhşətli hadisə - 25 yaşlı gənc özünü yandırdıBərdə rayonunda 25 yaşlı gənc özünü yandıraraq intihar edib.

Report xəbər verir ki, hadisə rayonun Məmmədli kəndi ərazisində baş verib.

Belə ki, həmin kənddə məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Canəli Sultanalı oğlu Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İntihar edən C.Məmmədovun ruhi xəstə olduğu bildirilir.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirlib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
9 ay ərzində Azərbaycanda yol qəzalarında 554 nəfər həlak olubBu ilin 9 ayı ərzində Azərbaycanda 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 554 nəfər ölüb, 1260 nəfər xəsarət alıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, qeydə alınan qəzalardan 450-si Bakı şəhərində baş verib. Nəticədə 139 nəfər ölüb, 392 nəfər xəsarət alıb.

V.Əsədov qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkə üzrə yol qəzalarının sayı 165 fakt azalıb: “Ümumiyyətlə, son illər həm hadisələrin, həm də ölüm və xəsarət hallarının sayında azalma müşahidə olunur. Ötən illə müqayisədə ölkə üzrə qeydə alınan ölümlə nəticələnən yol qəzalarında 17 ölüm və 295 xəsarət faktı azalıb. 2013-cü illə müqayisədə isə ötən il paytaxtdakı yol qəzalarının statistikasında 327 hadisənin, o cümlədən 150 ölüm, 309 xəsarət faktının azaldığını müşahidə edirik”.

V.Əsədov əlavə edib ki, bu ilin 9 ayında Bakıda qeydə alınan yol-nəqliyyat hadisələrinin 95-i (ümumi hadisələrin 21,1% -i) sürət həddinin aşılması səbəbindən baş verib. Nəticədə 52 nəfər (37,4 %) ölüb, 53 nəfər (13%) yaralanıb. Qarşı zolağa çıxmaqla ötmə, manevretmə qaydalarının pozulması səbəbindən 212 yol qəzası baş verib ki, nəticədə 51 nəfər ölüb, 207 nəfər yaralanıb. Yol ayrıclarının keçmə qaydalarının pozulması səbəbindən baş vermiş 33 hadisə nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Bu il Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayı artaraq ümumi hadisələrin 67%-ni təşkil edib. Belə ki, piyadaların vurulması ilə nəticələnən 302 yol qəzası nəticəsində 100 nəfər ölüb, 213 nəfər xəsarətləri alıb. Piyada vurmaları ötən ilin 9 ayı ilə müqayisədə 17 hadisə, 8 ölüm faktı artıb, lakin 15 xəsarət faktı azalıb.