Xəstəxanada polis növbətçi həkimi döyüb - MingəçevirdəMingəçevir Mərkəzi Xəstəxanasında döyülmə hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə xəstəxananın Acil şöbəsində qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan polis əməkdaşı xəstəxananın Acil şöbəsinə gələrək növbətçi həkim Elşən Kazımovu vurub. Lakin hadisənin böyüdüyünü görən polis əməkdaşı sonradan həkimin yanına gələrək ondan üzr istəyib və etdiyi hərəkətdən peşman olduğunu bildirib.

Məlum olub ki, həkimə qarşı kobudluq edən gənc polis əməkdaşı Acil şöbəsinə gətirilmiş 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Həsənov Mübariz Niyazi oğlunun övladıdır. O, hazırda paytaxtda polis əməkdaşı kimi xidmət edir.

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, uzun müddət Dövlət Yol Polsi sıralarında çalışmış M.Həsənov bir neçə həftə öncə infarkt diaqnozu ilə Mingəçevir xəstəxanasına gətirilib. Xəstə Dövlət İcbari Tibbi Sığorta Agentliyinin təşəbbüsü ilə Gəncə Mərkəzi Klinikasına köçürülərək orada əməliyyat olunub və ona üç stend qoyulub. Daha sonra səhhəti normallaşan xəstə evə buraxılıb. Bu gün isə Mübariz Həsənov şəkərində yaranmış problemlə bağlı yenidən Mingəçevir xəstəxanasına gətirilib.

Yuxarıda qeyd olunan hadisə məhz bundan sonra baş verib.
3 yaşlı oğlu ilə birlikdə itkin düşdü - FOTOSentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır.

Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Gəncə şəhərinə 022-256-07-73, 022-266-33-
75 şəhər nömrələrinə, 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Novxanı bağlarında 5-ci kurs tələbəsinin meyiti tapıldı - Əlləri və ayaqları bağlı şəkildə...Novxanı bağları yaşayış massivində yerləşən evlərdən birində meyit tapılıb.

Novxanı bağlarında meyiti tapılan şəxsin kimliyi müəyyənləşdirilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumta görə, bağ evində əlləri və ayaqları bağlı şəkildə meyiti tapılan şəxsin İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlu olduğu müəyyən edilib. Onun qətlə yetirildiyi dəqiqləşib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Qətlə yetirilən əcnəbi Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi olub. Onun kim tərəfindən, hansı şəraitdə, nə səbəbdən öldürüldüyü hələlik tam aydınlaşmayıb. Araşdırmalar davam etdirilir.
Salyanda intihar edən 21 yaşlı gəncin atası: “Çox pisik, çox əlacsızıq…”“Mən oğlumun sevgisinə qarşı çıxan ata deyiləm”.

Bunu AzNews.az-a açıqlamasında Salyan rayonunda intihar edən 21 yaşlı gənc Emin Əsədovun atası Mehman Əsədov bildirib. Onun sözlərinə görə, oğluna dəfələrlə ailə qurmaq təklifi ediblər, amma Emin bununla razılaşmayıb:

“Rusiyada aqronomluq istisası üzrə qiyabi təhsil alırdı. Mən onun qız sevdiyini bilməmişəm. Anasını demirəm, hələ mən özüm ona dəfələrlə məsləhət vermişəm ki, Emin gəl, səni evləndirim, ailən, uşaqların olsun. Emin hər dəfə mənə rədd cavabı verirdi. Kimisə sevsəydi, deyərdi. Mən onun sevgisinə qarşı çıxmazdım. Heç nəyə ehtiyacı yox idi. Problemli bir uşaq da deyildi”.

Mehman Əsədov qeyd edib ki, Eminin intihar səbəbi hələ bəlli deyil: “Özümüz də bilmirik ki, Emin niyə intihar edib. Çox pisik, çox əlacsızıq… Emin bu həyatla, cəmiyyətlə, ətrafda baş verənlərlə barışmadı”.

Qeyd edək ki, Salyanda intihar hadisəsi baş verib. Rayonun Xıdırlı kənd sakini Emin Əsədov özünü yaşadığı evin banından asıb. Versiyaya görə, 21 yaşlı gənc atasına etiraz əlaməti olaraq bu yola əl atıb. Guya atası ona istədiyi qızı kasıb olduğu üçün almayıb. Nəticədə ata-bala arasında mübahisə yaranıb. Bundan əsəbiləşən Emin özünün öldürüb.
Qəbələdə kassir oteldən 15 min dollar oğurladıQəbələ rayonunda yerləşən “Qafqaz Qəbələ City Hotel”dən oğurluq olub.

Report-un xəbərinə görə, otelin kassasından 15 min ABŞ dolları oğurlanıb.

Polisin araşdırması nəticəsində otelin kassasından pul oğurlayan şəxsin oteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb.
Məlum olub ki, o, müxtəlif vaxtlarda otelin kassasından 15 min dollar oğurlayıb.

Qeyd edək ki, R.Rəsulov oteldə əvvəllər kassir köməkçisi, daha sonra kasir əvəzi işləyib.

Fakt üzrə araşdırmalar davam etdirilir.
Sahibsiz it 3 nəfərə hücum etdiGöyçay rayonunda 3 nəfər itin hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaraxıdır kəndində qeydə alınıb.

Sahibsiz it kənd sakinləri, 1969-cu il təvəllüdlü Zülfüqarov Rəhim Mürsəl oğlu, 1985-ci il təvəllüdlü Kərimov Elçin Cəbi oğlu və Kərimova Aidə Xəqani qızına hücum edərək əl və ayaqlarından xəsarətlər yetirib.

Onlar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, quduzluğa qarşı vaksin vurulub.
Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada öldü 3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb. Vüsal İbrahimov xeyli vaxt imiş ki, biznesmenin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.
Yanacaqdoldurma məntəqəsində bıçaqlanmaBakıda yanacaqdoldurma məntəqəsində orta yaşlı kişi bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, "Xaqani" yanacaqdoldurma məntəqəsinin ərazisində 1982-ci il təvəllüdlü Ələkbərov Xəyal Ramiz oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı X.Ələkbərov bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır. Nərimanov RPİ-dən verilən məlumata görə, hadisəni törədən şəxs (hələlik adı açıqlanmır) saxlanılıb.
Gəncədə 47 yaşlı qadın qətlə yetirilibGəncədə qətl hadisəsi törədilib.

APA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 23 saylı binada qeydə alınıb.

Həmin binada olan mənzillərin birində şəhər sakini, 1970-ci il təvəllüdlü Gülmira Səfixanovanın meyiti aşkarlanıb. Məlumata görə, qadının bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.