Gəncədə avtoritetlərin atışmasının görüntüsü - Şok VİDEOSrağagün Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında baş verən atışmanın videogörüntüləri yayılıb.

Musavat.com-un əldə etdiyi lentdə hadisənin necə baş verdiyi görünür.

Qeyd edək ki, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.

Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
İki uşaq anası niyə intihar etdi? - “Ərindən ayrılandan sonra...”Səmkirdə sevdiyi oğlanın qardaşı tərəfindən qətlə yetirilməsinə dözə bilməyən iki uşaq anasının intiharının bəzi təfərrüatı məlum olub.

Zəyəm qəsəbə sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Ayşən Xəlilova qardaşı tərəfindən qətlə yetirilən Tural Məmmədovla bir-birilərini sevirmiş:

“Ayşən bir neçə il bundan əvvəl ailə həyatı qurub. İki uşaq anasıdır. Sonra elə oldu ki, ailəsi ilə yola getmədi. Uzun söz-söhbətdən sonra cütlüyün yolları ayrıldı. Ayşən həyat yoldaşından ayrılandan sonra atasının himayəsində yaşayırdı. Kənddə söz gəzirdi ki, onlar Turalla bir-birini sevir. Ayşənin qardaşı onları görüb və buna görə Turalla aralarında münaqişə düşüb. Münaqişə zamanı Ayşənin qardaşı Turalı bıçaqla ürəyindən vuraraq öldürüb. Görün necə bir cəmiyyətdə yaşayırıq, qadınlar sevgidən, kişidən ötrü intihar edir. İki balasını da düşünmədi. Ayşən səhv elədi. İntihar məsələnin çıxış yolu deyildi, ölənlə ölmək olmaz, yaşamaq lazımdır. İki övladı qaldı”.

Qeyd edək ki, Şəmkirdə intihar hadisəsi baş verib. Rayonun Zəyəm qəsəbə sakini, 1996-cı il təvəllüdlü Ayşən Azər qızı Xəlilova yaşadığı evdə özünü asıb.

A.Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. O, məktubda ölümündə heç kimin günahkar olmadığını və qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə dözə bilmədiyi üçün canına qəsd edib.

Qeyd edək ki, oktyabrın 20-də Şəmkir rayonu, Zəyəm qəsəbə sakini, 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi, 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq qətlə yetirib.
Bakıda dəhşətli hadisə - 24 yaşlı qıza tanışı təcavüz etdi Oktyabrın 25-də 24 yaşlı qız zorlanma faktı ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edib.

Bu barədə “Sputnik Azərbaycan”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1993-cü il təvəllüdlü, Tovuz rayon sakini Rəna Məhərrəmova (ad etik məsələlərə və istintaq maraqlarına görə dəyişdirilib – red.) bildirib ki, çərşənbə günü səhər saat 05:00 radələrində kirayə yaşadığı evdə Anar adlı tanışı tərəfindən zorlanmaya məruz qalıb.

Onun sözlərinə görə, oğlanı yanına özü buraxıb. Lakin etibar edib otağını bölüşdüyü şəxsin ona təcavüz edəcəyini düşünməyib.

İş üzrə materiallar Nəsimi rayon Prokurorluğuna göndərilib.
Bakıda növbəti dəfə avtobus sürücüsü döyülübBakıda sərnişin avtobusunun sürücüsü döyülüb.

"Report" xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyası yaxınlığında baş verib.

70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib. Mübahisə zamanı o, orta yaşlı kişi tərəfindən döyülüb. Ehtimal edilir ki, hadisəni törədən şəxs sərnişin olub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis orqanına məlumat verilib.
Gəncə sakini özünü güllələyibGəncə sakini Goranboyda güllə yarası alıb.

Apa xəbər verir ki, rayonun Xoylu və Qaradağlı kəndlərində ova çıxan Gəncə sakini, 1988-ci il təvəllüdlü Məmmədov Vüqar Vəliyəddin oğlu odlu silahla ehtiyatsız davranaraq, ayağına atəş açıb. Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Saatlıda 58 yaşlı kişi özünü asdıSaatlı rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayonun Musalı kənd sakini, 1959-cu il təvəllüdlü Əliyev Arif Sarı oğlu özünü evin həyətindəki yardımçı tikilidə asaraq intihar edib.

Onun cəsədi qohumları tərəfindən aşkarlanıb.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Şəmkirdə ŞOK HADİSƏ: sevgilisi qardaşı tərəfindən öldürülən 17 yaşlı qız ÖZÜNÜ ASDIŞəmkirdə faciəli hadisə olub.

APA-nın verdiyi məlumata görə, hadisə Şəmkirin Zəyəm qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Ayşən Azər qızı Xəlilova yaşadığı evdə özünü asıb. A.Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahkar olmadığını qeyd edib.

O, qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə dözə bilmədiyini, məhz buna görə canına qəsd etdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 20-də Şəmkir rayonu Zəyəm qəsəbəsinin sakini, 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi, 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq qətlə yetirib.

Məlumata görə, Həsrət Xəlilov Tural Məmmədovu bacısı ilə yaxın münasibətlərdə olduğu üçün öldürüb.
Bakıda böyük biabırçılıq - Ata qızına təcavüz edibBakıda qız, atasının onu zorlaması iddiası ilə polisə şikayət edib. Avrasiya.net xəbər verir ki, bu barədə hüqüq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a məlumat verilib.

Məlumata görə, oktyabrın 23-də Şağan qəsəbəsi yeni massiv sahəsində yaşayan, 1998 —ci il təvəllüdlü Əliyeva Aynur Əsəd qızı ərizə ilə müraciət edərək, oktaybrın 21-də atası, 1970-ci il təvəlllüdlü Əliyev Əsəd tərəfindən zorlandığını bildirib. Faktla bağlı araşdırma aparılır.


Bərdədə kişi arvadını və qayınanasını döyüb xəstəxanalıq etdiBərdə rayonunun Kətəlparaq kəndində döyülmə hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1990-cı il təvəllüdlü Hüseynova Sevin Yaşar qızı və onun 1962-ci il təvəllüdlü anası Hüseynova Kəmalə Yunis qızı ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki qadın ağır kəllə-beyin travması alıb və onların vəziyyətləri orta-ağırdır.

İki uşaq anası olan Sevin Hüseynova sayta açıqlamasında həyat yoldaşı tərəfindən tez-tez döyüldüyünü və bu səbəbdən də ata evinə getdiyini bildirib.

Kişi sonuncu dəfə evə gələrək onu və anasını yandıracağını deyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə kişi arvadını və anasını döyüb, onlara baş nahiyələrindən ağır xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.