Bərdədə kişi arvadını və qayınanasını döyüb xəstəxanalıq etdiBərdə rayonunun Kətəlparaq kəndində döyülmə hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1990-cı il təvəllüdlü Hüseynova Sevin Yaşar qızı və onun 1962-ci il təvəllüdlü anası Hüseynova Kəmalə Yunis qızı ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki qadın ağır kəllə-beyin travması alıb və onların vəziyyətləri orta-ağırdır.

İki uşaq anası olan Sevin Hüseynova sayta açıqlamasında həyat yoldaşı tərəfindən tez-tez döyüldüyünü və bu səbəbdən də ata evinə getdiyini bildirib.

Kişi sonuncu dəfə evə gələrək onu və anasını yandıracağını deyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə kişi arvadını və anasını döyüb, onlara baş nahiyələrindən ağır xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.
Gəncədə avtoritetlər arasında atışma - Yaralanan varGəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.

“Report”un xəbərinə görə, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.

Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
Özünü damdan atdıBakıda intihar olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Tural Müzəffər oğlu Hacıyev yaşadığı binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil. Onun spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Daha bir atışma da Xırdalanda oldu –2 silahlı isə burada öldürüldüAbşeron rayonu Xırdalan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında baş verib.

İlkin məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşları iki silahlı şəxsin saxlanılması istiqamətində əməliyyat keçiriblər. Silahlı şəxslər müqavimət göstəriblər, güc strukturlarının əməkdaşları hər iki silahlını zərərsizləşdirib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

APA-nın hadisə yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, yaxınlıqda yaşayan sakinlər arasında zərərçəkən yoxdur. Zərərsizləşdirilmiş şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Strateq.az xatırladır ki, eyni gündə – oktyabrın 25-də DTX-nin Qaradağ rayonu ərazisində keçirdiyi əməliyyat zamanı isə Bakı şəhərində terror törətməyə hazırlaşan 3 silahlı şəxs öldürülüb.
Əmircanda dava - 44 yaşlı kişinin qulağını kəsdilərBakının Suraxanı rayonunda orta yaşlı kişinin qulağı kəsilib.

"Report" xəbər verir ki, hadisə Əmircan qəsəbəsində olub.

1973-cü il təvəllüdlü Məhərrəmov Vaqif Qərib oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı onun sol qulağı iti alətlə kəsilib. O, daha sonra döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. V. Məhərrəmov qulaq seyvanının yerinə tikilməsi üçün əməliyyat olunub.

Faktla bağlı Surxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsində araşdırma aparılır.
Bakıda 49 yaşlı kişi məşuqəsini ayağı ilə boğub öldürdü - VİDEOSabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsindəki mənzildə paytaxt sakini, 1968-ci il təvəllüdlü Şaqaliyev Fərhad Cənnət oğlu qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Xanış qızını boğaraq öldürüb. 49 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyərək onun nəfəsini kəsərək öldürüb.

Bildirilir ki, hadisə vaxtı F.Şaqaliyev sərxoş vəziyyətdə olub. Belə ki, o, bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanırmış. Dünən növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır. O artıq tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Jurnalisti maşın vurub öldürdüŞirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.

Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.

S.Məmmədli "Həftə içi" qəzetinin Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!
Gədəbəydə torpaq üstündə kütləvi dava: Yaralılar varGədəbəy rayonunda torpaq üstündə kütləvi dava baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.

Belə ki, qonşular arasında düşən kütləvi dava zamanı kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Fətman qızı Quliyeva başından küt alətlə ağır zərbə alaraq yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.

Dava zaman qarşı tərəfdən də iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, xəstəxanaya müraciət etməyiblər.

Faktla bağlı araşdırma aparılır.
Bakıda sevgi cinayəti — Qadını qeyri-rəsmi nikahda yaşadığı şəxs öldürdüBakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülərək öldürülüb.

"Report" xəbər verir ki, qətl hadisəsi Sabunçu rayonunda baş verib.

Sabunçu Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Əli Babayev küçəsi ev 3, mənzil 4 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızı qeyri-rəsmi nikahda yaşadığı 1968-ci il təvəllüdlü Şaqalıyev Fərhad Cənnət oğlu ilə mübahisə edib.
Mübahisə zamanı F.Şaqalıyev qadına təpiklə zərbələr vurub. Sonra isə qadının boğaz nahiyəsinə zərbələr endirib. G.Sadıqova sonuncu zərbədən sonra hadisə yerində dünyasını dəyişib.

F.Şaqalıyev Sabunçu RPİ-ə gedərək könüllü təslim olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, F.Şaqalıyev hadisəni törədərkən sərxoş vəziyyətdə olub. O, G.Sadıqovanın qeyri-rəsmi nikahda yaşadığı üçüncü şəxsdir. G.Sadıqovanın bir azyaşlı oğlu var.
İki məhbus xüsusi təyinatlı vaqondan necə qaçıb? - ŞOK PLANIN DETALLARI - VİDEOÖtən gün Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 məhbusun qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, artıq hadisə ilə bağlı 3 nəfər də saxlanılaraq istintaqa cəlb edilib.Xüsusi vaqonun pəncərəsini açan məhbuslar qatar dayanan kimi ordan çıxaraq qaçıblar.

Avrasiya.net xezerxeber.az-a istinadən bildirir ki, Əli Ağami və Etibar Məmmədovun daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb gətirildiyi məlum olub. Bildirilir ki, məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxardaraq oradan düşüb qaçıblar.

Yalnız qatar 28 May stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub. Artıq hadisə ilə bağlı pentensiar xidmətin 3 əməkdaşı saxlanılaraq istintaqa cəlb ediliblər. Bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb ediliblər. Hər üç şəxs hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanılır.

Xatırladaq ki, qəsdən adam öldürmədə təqsirləndirilən Əli Ağami və Etibar Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 3azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.