Bakıda çayxanada kütləvi dava: yaralılar varBakının Yasamal rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.

Report xəbər verir ki, dava 2-ci Alatava ərazisində yerləşən çayxanalardan birində 6 nəfər arasında düşüb.

Nəticədə 57 yaşlı Alıyev Alı Yadullah oğluna iki, 32 yaşlı Məmmədov Qədir Vilayət oğluna isə bir bıçaq zərbəsi vurulub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Alıyevin vəziyyəti ağırdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
8-ci sinif şagirdləri arasında bıçaqlanma - BakıdaBakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 151 saylı orta məktəbdə qeydə alınıb.

Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlu Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisə edib. Nəticədə F.Əliyev 2 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları 151 saylı orta məktəbə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
4 uşaq atası olan polis intihar etdi - ŞəkidəŞəkidə polis əməkdaşı intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Dörd uşaq atası olan Həsrət Əliyevin intihar etməsi məlum olub.

Məlumatda bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Ata qızını baltaladıŞəmkirdə ata qızına balta ilə ağır xəsarət yetirib.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
“Gördüm ki, arvadıma təcavüz edir” - Ev sahibinin başını kəsən kişiBakıda namus üstündə qətl törətməkdə təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İ.Əhmədov özünü cinayətə görə tam təqsirli bildiyini deyib.

Məhkəmədə sərbəst ifadə verən İlkin Əhmədov qeyd edib ki, evləndikdən sonra Binə qəsəbəsində həyat yoldaşı ilə kirayə yaşayıb: ""Fialın evində qalırdıq.

Fialın yaşadığı ev də arxada idi. Hadisədən əvvəl pivə alıb gətirdim. Onunla birgə pivə içdim. Bir-birimizə qardaş deyirdik. Gecə saat 4 radələrində Fial dedi ki, qazın sayğacının balansında pul qurtarıb. Birgə mağazaya getdik. Sonra o yoldan geri qayıtdı, işinin olduğunu söylədi. Evə qayıdanda Fialın arvadıma təcavüz etdiyini gördüm. Əlimə bıçaq alıb onu vurdum".

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov uzun müddətdir, F.İsmayılovun evində kirayədə yaşayıb. İ.Əhmədov ev sahibi F.İsmayılovun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. Sonra onları münasibətdə olarkən yaxalayıb. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov F. İsmayılovu qətlə yetirib.

Hadisəni törədən İ.Əhmədov saxlanılıb.

Lent.az
Bakıda dəhşətli qəza — sürücü bir neçə yerə parçalandı - VİDEO (+18)Bakıda şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net-in məlumatına görə, ötən gecə paytaxtın Tbilisi prospektində "Kamaz" markalı avtomobilin təkəri partlayıb

Hələlik şəxsiyyəti müəyyən edilməyən sürücü xilas olmaq üçün özünü maşından atsa da, cəhdi uğursuz alınıb. Belə ki, sürücü avtomobilinin təkərləri altında qalaraq bir neçə yerə bölünüb.
Küçə itləri azərbaycanlı reperə hücum etdi- FOTO+VİDEOReper Qurd gecə saatlarında 6 itin hücumuna məruz qalıb.

Bu barədə axşam.az məlumat yayıb.

“Gecə saatlarında Yeni Günəşli ərazisindən keçirdim. 6 it birdən üstümə hücum etdi, bədənimi bir neçə yerdən dişləyiblər. Birinin boynunu sındırıb öldürə bildim.
Dərhal təcili tibbi yardıma getdim. Quduzluk əleyhinə vaksin vurulur. Müalicə bir ay davam edəcək. İtlərin quduz olub-olmadığı bilinmir”, – deyə o bildirib.
Direktor 14 yaşlı məktəblinin bıçaqlanmasından danışdı: “Hadisə küçədə...”Göygöl rayonunun 3 saylı orta məktəbi bıçaqlanma hadisəsinə münasibət açıqlayıb.

Məktəbin direktoru Rüxsarə Atayeva AzNews.az-a açıqlamasında rəhbərlik etdiyi təhsil müəssisəsində belə bir hadisənin baş vermədiyini deyib:

“Hadisə küçədə baş verib. Məktəblər bir-birinə bitişikdir. Həsənov Mehman bizim məktəbdə təhsil almır. Hadisədən məlumatlı olsaq da, nəyin üstündə baş verdiyini dəqiqləşdirməmişik”.

Qeyd edək ki, Göygöldə bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bakıda kütləvi dava: 3 qardaş yaralandıBakıda kütləvi dava düşüb, 3 qardaş ağır xəsarət alıb.

Report xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsində 33 yaşlı Qurbanov Niyaməddin Musa oğlu ilə tanışı arasında küçədə mübahisə düşüb. Mübahisə kütləvi dava ilə nəticələnib. Belə ki, 14 nəfər şəxs N.Qurbanov və onun qardaşları 29 yaşlı Qurbanov Şahmarı, 25 yaşlı Qurbansoy Mamedi döyərək, müxtəlif vasitələrlə ağır xəsarət yetiriblər. Yaralılar təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Ev sahibi kirayənişin qadını döydüBakıda su qızdırıcısına görə kirayədə qalan qadın ev sahibi tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, NZS qəsəbəsi, Həbibov küçəsi ev 49 ünvanında 45 yaşlı Səfərova Fatma Aydın qızı kirayə yaşadığı evdə su qızdırcısını söndürən ev sahibinə öz iradını bildirib. Ev sahibi (hələlik adı açıqlanmır) bundan əsəbləşərək kirayənişin F. Səfərovanın baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.