Elşad Xose Oksananı qısqanclıq üzündən döyübDünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında saxlanılan Elşad Əliyevin (Xose) belə hərəkət etməsinin əsl səbəbi məlum olub.

Xəbərçi.az-ın özəl olaraq əldə etdiyi məlumata əsasən, Elşad Xose keçmiş həyat yoldaşına qısqanclıq zəminində xəsarət yetirib. Məlumata əsasən E. Xose həmin zaman özündə olmayıb. Hələ də ər-arvad münasibətləri davam edən cütlüyün mübahisəsi Oksana Rəsulovanın yaşadığı evdə başlayıb. Elşad Xose də ifadəsində Oksana Rəsulovaya xətər yetirdiyini etiraf edib. İstintaq hələ də davam edir, məhz bu səbəbə görə də, məsələ barədə ətraflı məlumat verə bilmirik. Baş verən xoşagəlməz hadisə ilə bağlı Oksana Rəsulova heç nə danışmaq istəmir. Ancaq Elşad Xose ümumiyyətlə deyilənləri inkar edir. Baxmayaraq ki, DİN-nin məlumatında belə Elşad Əliyevin dünən gecə saxlanılaraq istintaqa cəlb olunması faktı təsdiqini tapıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Ancaq şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.

Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir".
9 il əvvəl qardaşını öldürən şəxsin başını kəsmək istədi — VİDEOBərdə rayonunda 28 yaşlı Mövlan Cabbarov Şirvanlı kənd sakini Xaliq Məmmədovu bıçaqlayıb.

Avrasiya.net ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Dəymədağlı kənd məzarlığında baş verib.

Kənd sakinlərindən birinin dəfni zamanı Cabbarov 9 il əvvəl qardaşını öldürən Xaliq Məmmədovla qarşılaşıb. Onun bədəninin müxtəlif nahiyələrinə bıçaq xəsarəti yetirdikdən sonra başını boyun nahiyəsindən kəsməyə çalışıb.

Həmkəndlilərin müdaxiləsindən sonra Xaliq Məmmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun ağız, qulaq, boyun nahiyəsindən bıçaq xəsarətləri aldığı, daxili qanaxmasının olduğu bildirilib. Cərrahiyyə əməliyyatı olunan Bərdə sakininin vəziyyətinin ağır olduğu açıqlanıb.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, Mövlan Cabbarov hadisədən sonra polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.
38 yaşlı Bakı sakini bazarda intihara cəhd edibBakıda intihara cəhd hadisəsi olub. "Report" xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

"8-ci kilometr bazarı"nda 1979-cu il təvəllüdlü Dadaşov Ramin Yaşar oğlu tanışı ilə mübahisə edib. O, mübahisə zamanı bıçaqla boğazına xəsarət yetirib.

R.Dadaşov ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Polislər Elşad Xoseni saxladılarBu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın polisə şikayəti olub.

Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Elşad Xose il Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper “Maşın” realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.
Gəncədə avtoritetlərin atışmasının görüntüsü - Şok VİDEOSrağagün Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında baş verən atışmanın videogörüntüləri yayılıb.

Musavat.com-un əldə etdiyi lentdə hadisənin necə baş verdiyi görünür.

Qeyd edək ki, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.

Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
İki uşaq anası niyə intihar etdi? - “Ərindən ayrılandan sonra...”Səmkirdə sevdiyi oğlanın qardaşı tərəfindən qətlə yetirilməsinə dözə bilməyən iki uşaq anasının intiharının bəzi təfərrüatı məlum olub.

Zəyəm qəsəbə sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Ayşən Xəlilova qardaşı tərəfindən qətlə yetirilən Tural Məmmədovla bir-birilərini sevirmiş:

“Ayşən bir neçə il bundan əvvəl ailə həyatı qurub. İki uşaq anasıdır. Sonra elə oldu ki, ailəsi ilə yola getmədi. Uzun söz-söhbətdən sonra cütlüyün yolları ayrıldı. Ayşən həyat yoldaşından ayrılandan sonra atasının himayəsində yaşayırdı. Kənddə söz gəzirdi ki, onlar Turalla bir-birini sevir. Ayşənin qardaşı onları görüb və buna görə Turalla aralarında münaqişə düşüb. Münaqişə zamanı Ayşənin qardaşı Turalı bıçaqla ürəyindən vuraraq öldürüb. Görün necə bir cəmiyyətdə yaşayırıq, qadınlar sevgidən, kişidən ötrü intihar edir. İki balasını da düşünmədi. Ayşən səhv elədi. İntihar məsələnin çıxış yolu deyildi, ölənlə ölmək olmaz, yaşamaq lazımdır. İki övladı qaldı”.

Qeyd edək ki, Şəmkirdə intihar hadisəsi baş verib. Rayonun Zəyəm qəsəbə sakini, 1996-cı il təvəllüdlü Ayşən Azər qızı Xəlilova yaşadığı evdə özünü asıb.

A.Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. O, məktubda ölümündə heç kimin günahkar olmadığını və qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə dözə bilmədiyi üçün canına qəsd edib.

Qeyd edək ki, oktyabrın 20-də Şəmkir rayonu, Zəyəm qəsəbə sakini, 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi, 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq qətlə yetirib.
Bakıda dəhşətli hadisə - 24 yaşlı qıza tanışı təcavüz etdi Oktyabrın 25-də 24 yaşlı qız zorlanma faktı ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edib.

Bu barədə “Sputnik Azərbaycan”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1993-cü il təvəllüdlü, Tovuz rayon sakini Rəna Məhərrəmova (ad etik məsələlərə və istintaq maraqlarına görə dəyişdirilib – red.) bildirib ki, çərşənbə günü səhər saat 05:00 radələrində kirayə yaşadığı evdə Anar adlı tanışı tərəfindən zorlanmaya məruz qalıb.

Onun sözlərinə görə, oğlanı yanına özü buraxıb. Lakin etibar edib otağını bölüşdüyü şəxsin ona təcavüz edəcəyini düşünməyib.

İş üzrə materiallar Nəsimi rayon Prokurorluğuna göndərilib.
Bakıda növbəti dəfə avtobus sürücüsü döyülübBakıda sərnişin avtobusunun sürücüsü döyülüb.

"Report" xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyası yaxınlığında baş verib.

70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib. Mübahisə zamanı o, orta yaşlı kişi tərəfindən döyülüb. Ehtimal edilir ki, hadisəni törədən şəxs sərnişin olub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis orqanına məlumat verilib.
Gəncə sakini özünü güllələyibGəncə sakini Goranboyda güllə yarası alıb.

Apa xəbər verir ki, rayonun Xoylu və Qaradağlı kəndlərində ova çıxan Gəncə sakini, 1988-ci il təvəllüdlü Məmmədov Vüqar Vəliyəddin oğlu odlu silahla ehtiyatsız davranaraq, ayağına atəş açıb. Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.