SOCAR işçisi dənizə düşüb öldü“28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb.

SOCAR-dan Avrasiya.net-ə verilən məlumata bu gün səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb. O, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.

Hadisənin səbəbləri araşdırılır.
DTX casusu həbs etdiDövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Soltanov Miryusif Mirmahmud oğlu saxlanılıb.

DTX-nin İctimai əlaqələr şöbəsindən Avrasiya.net-ə verilən məlumata görə, M. Soltanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıda taksi sürücüsü sərnişini bıçaqladıBakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, 1988-ci il təvəllüdlü Şərifov Seymur Niyaz oğlu taksi sifariş edərək sürücüyə onu yaşadığı Nərimanov rayonuna aparmasını xahiş edib.

S.Şərifov yaşadığı evə gələrkən taksi sürücüsü 10 manat ödəməsini tələb edib. Lakin sərnişin bu qədər pulu olmayacağını bildirdikdə tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə S.Şərifov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Zərərçəkmiş bunu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilmə zamanı bildirib.

Fakt araşdırılır.
Eldar Mahmudovun əmisi oğlu həbs olunduAzərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu həbs edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, fəaliyyəti dayandırılmış MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Mahmudov Eldar Mahmudovun əmisi oğludur.
Özünü ticarət mərkəzinin üstündən atmaq istədiBu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin intihar məqsədilə ticarət mərkəzinin damına çıxması barədə məlumat daxil olub.

Nazirliyin saytı xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparıb. Xilasedicilər onu intihar etmək fikrindən daşındırıblar.

Əməliyyat başa çatıb.
SOCAR-da faciə: iki fəhlə yaralandı - Araşdırma aparılırSOCAR-ın Qaradağ rayonu ərazisində yerləşən 490 saylı quyusunda faciə baş verib.

Bu barədə Axar.az-a məlumat verən SOCAR-ın sözçüsü İbrahim Əhmədov bildirib ki, Qazma İşləri Trestinin Qaradağ sahəsində qazma işləri aparılarkən baş vermiş qəza nəticəsində iki nəfər qazmaçı yaralanıb.

“Yararlılardan biri hazırda xəstəxanadadır, müalicəsi davam edir. Digər yaralı isə ilkin tibbi müayinədən sonra evə buraxılıb. Hadisə zamanı yaralanan işçilərin kimliyi ilə bağlı dəqiqləşdirmə aparılır. Yaxın dəqiqələrdə bu barədə rəsmi məlumat veriləcək”, - SOCAR sözçüsü bildirib.

***

Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir.

Bu barədə SOCAR rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb. Bu zaman Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bakı məktəbində şagirdlər arasında kütləvi dava — Xəsarət alanlar var Bakı şəhəri, Qaraçuxur qəsəbəsindəki 214 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.

"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdləri arasında baş verən davada iki şagird - Neyman Mehman oğlu Fərzəliyev və Ələkbər Məhəmmədov xəsarət alıblar. N.Fərzəliyevi sinif yoldaşlarının köməyi nəticəsində ayıltmaq mümkün olsa da, Ə.Məhəmmədov üçün təcili tibbi yardım çağırılıb. Ancaq təcili tibbi yardımın müdaxiləsi Ə.Məhəmmədovun özünə gəlməsinə kifayət etmədiyindən, o, xəstəxanaya çatdırılıb. Hadisə baş verən zaman məktəbin direktoru Esmira Ağayeva isə iş yerində olmayıb.

Əməkdaşımız məsələylə bağlı Esmira Ağayeva ilə əlaqə saxlayıb. Maraqlıdır ki, direktor telefonla açıqlama verə bilməyəcəyini söyləyib və telefonu qapadıb.
Bakıda xeyriyyəçiliklə məşğul olan qız itkin düşüb - FotoPaytaxtın Nəsimi rayonunda 27 yaşlı Nigar Bayramlı itkin düşüb.

1news.az xəbər verir ki, onu sonuncu dəfə “28 may” metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər.

N.Bayramlı “Azərbaycan Uşaqlar Birliyi”ndə işləyir və xeyriyyəçiliklə məşğul olur. Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonu və zinət əşyalarını da özü ilə götürməyib.

Polis Nigar Bayramlının yeri barədə məlumatı olan hər kəsdən DİN-in qaynar xətti “102” və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edir.

Makaleyi düzenleyen: cavid - 3-11-2017, 02:04

22 yaşlı gəlin itkin düşdüŞəki sakini itkin düşüb.

Avrasiya.net Reporta-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional qrupundan verilən məlumata görə, Şəki şəhər sakini Amənti Əlimərdanova Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, 1995-ci il təvəllüdlü gəlini Günəş Əlimərdanova oktyabrın 31-dən noyabrın 1-ə keçən gecə evdən naməlum istiqamətdə gedib və bir daha geri qayitmayib.

Məlumata görə, G.Əlimərdanova Şəkinin Öryət kəndində doğulub.

Onu görənlər 02424-4-25-50 telefon nömrəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.
26 yaşlı qadın əri və qayınanası tərəfindən döyülüCəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki,hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Teymurova Zeynab Fəyaz qızı əri və qayınanası tərəfindən döyülüb. Yaralı qadın ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının gətirilərək, Cərahiyyə şöbəsinə yerləşdirilib.

Qadının dediyinə görə, o, əri ilə 5 ay əvvəl ayrı yaşamağa başlayıb. Bu gün ərinin xalası qadını çağıraraq, cehiz əşyalarını aparmasını tələb edib. Z.Teymurova Uzuntəpə kəndinə gedib. Bu zaman əri və qayınanası tərəfindən döyülüb.

Daha sonra Biləsuvarda yaşayan qayınanasının bacısının evində Z.Teymurovanı iplə asmağa cəhd ediblər. Lakin səs-küy yarandığından bu istəklərinə nail olmayıblar.

Faktla bağlı araşdırma aparılır.