"Nurgün Motors"un prezidentinin oğlu həbs edildiNəsimi rayon Məhkəməsində Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, o, 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.

Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib.

"İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını təhqir edib. Polisin “saxla!” əmrinə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək polis əməkdaşını vurub.
17 yaşlı qızı 3 ay zorlayıblar - BakıdaBakıda qız tanışı tərəfindən dəfələrlə zorlandığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Badamdar qəsəbəsində yaşayan 2000-ci il təvəllüdlü T.L polisə müraciət edərək bildirib ki, bu ilin iyunun 17-dən oktyabrın 20-dək tanışı, 1991-ci il təvəllüdlü İ.S onunla zorla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Araşdırma aparılır.
55 yaşlı kişi özünü su quyusuna atdıŞamaxı rayonunda 55 yaşlı kişi özünü su quyusuna ataraq intihara cəhd edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Şərədil kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Əlimuxtar Mayis oğlu Muxtarov özünü yaşadığı evin həyətində yerləşən 12 metirlik su quyusuna atıb. Bunu görən Ə.Muxtarovun qardaşı dərhal onu quyudan çıxarıb. Ağır bədən xəsarətləri alan Ə.Muxtarov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub, vəziyyəti ağırdır.

Yaxınlarının verdiyi məlumata görə, Ə.Muxtarov ruhi-əsəb xəstəsidir.
17 yaşlı oğlan özünü binadan atdı - BakıdaBakıda 17 yaşlı oğlan intihar edib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Çingiz Əhmədov özünü yaşadığı binadan ataraq intihar edib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
52 yaşlı kişi öldürüldüBakıda qətl törədilib.

APA-nın məlumatına görə, Suraxanı rayonu Əmircan qəsəbəsinin sakini, 1981-ci il təvəllüdlü Sadiq Nemət oğlu Nemətov qəsəbədə aralarında yaranmış mübahisə zəminində tanışı, 1965-ci il təvəllüdlü Zahir Cəlal oğlu Hacıağayevi bıçaqlayaraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
DTX hərbi komissarı həbs etdi — ŞOK FAKTLARMəşhur iş adamı Zaman İsgəndərovun nəvəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbs olunması ilə bağlı yeni faktlar üzə çıxıb.

"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, 04 noyabr 2017-ci il tarixində Astara rayonunun hərbi komissarı Kənan İsgəndərov barəsində məhkəmə tərəfindən 3 aylıq həbs qərarı verilib.

Kənan İsgəndərov Dövlət Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar nəticəsində həbs olunub. O, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Kənan İsgəndərov təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun oğludur.
Deputatın bacısı dünyasını dəyişdiMilli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimova ağır itki üz verib.

Qafqazinfo xəbər verir ki, millət vəkilinin bacısı Sürəyya xanım vəfat edib.
Vəfat edən xanım Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayevin anasıdır.

Allah rəhmət eləsin!
Bakıda şirkət rəhbərinin oğlu YPX əməkdaşını vurdu - VİDEOBakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib.

Report xəbər verir ki, hadisə Bakı şəhəri ərazisində reyd aparılan zaman qeydə alınıb.

Rəşid Behbudov küçəsində 90 AN 949 dövlət qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib. YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Araşdırma zamanı məlum olub ki, avtomobil “Nurgün Motors” şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur. Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb. Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib.

Avtomobil cərimə meydançasına yerləşdirilib. N.Əliyev inzibati qaydada məsuliyyətə cəlb olunub.
Bakıda qız atasını baltaladıBakıda qız atasını baltalayıb.

APA-nın məlumatına görə, insident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
43 yaşlı kişinin meyiti dostunun evində tapılıbBu gün saat 00.40 radələrində Şəki şəhəri, M.S. Əfəndiyev küçəsi dalan 1, ev 1 ünvanında kişi meyiti aşkar edilib.

Apa xəbər verir ki, araşdırmalar zamanı meyiti tapılan şəxsin Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Ruslan İsmayıl oğlu İsmayılov olması müəyyən edilib.

R. İsmayılovun meyitinin tapıldığı ev isə onun dostunun mənzili olub. Ölümün səbəblərini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertizalar təyin edilib.

Şəki Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.