Kərbəladan qayıtdılar - Biləsuvarda qəzaya düşdülər (Yenilənib + Foto)Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan zəvvarların adı məlum olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində 1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Əliyeva Gülxatun Etibar qızı, 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Qurbanova Yeganə Nəbi qızı xəsarət alıb.

G.Əliyeva bel nahiyəsindən, Y.Qurbanova isə baş-beyin nahiyəsindən travma alıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobil qəzası baş verib. "Hyundan-Tucson" markalı avtomobil zəvvarları daşıyan avtobusun arxa təkərinə çırpılıb. Hadisə nəticəsində avtobusda olan zəvvar xanımlardan ikisi xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yol nəqliyyat hadisəsi nəticəsində Ələt Astara yolunun bir hissəsi bağlanıb.

***

14:32

Biləsuvar rayonunda zəvvarları daşıyan avtobus qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, 30 zəvvarın olduğu avtobus minik avtomobili ilə toqquşub. Bir neçə sərnişin xəsarət alıb və Biləsuvar rayon xəstəxanasına yerləşdirilib.

Zəvvarlar Kərbəla ziyarətindən qayıdırmışlar.
17 yaşlı cinsi azlıq özünü asdı - GəncədəGəncədə intihar edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sarıllı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Hüseyn Afiq oğlu Əlizadə yaşadığı evdə özünü asıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

H. Əlizadənin cinsi azlıqların nümayəndəsi olduğu bildirilir.
Məktəbdə şagirdlər arasında dava – Ölən varAbşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb.
“Report”un xəbərinə görə, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzərovaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib. O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bakı metrosunda QORXUNC HADİSƏ: qadın relslərin üstünə yıxıldı Bu gün səhər saatlarında metronun "Xalqlar Dostluğu” - "Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığından vətəndaşlar yenə də vaqonlara minməkdə çətinlik çəkiblər.

"Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, buna səbəb səhər 08:18 radələrində vətəndaşın qəfildən relslərin üzərinə yıxılması olub:

"Bu 1963-cü il təvəllüdlü Sevda Osmanova olub. "Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar”.

N.Paşayev bildirib ki, başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Qurum rəsmisi sərnişinlərə müraciət edib: "Bir daha xəbərdarlıq edirik ki, sərnişinlər təhlükəsizlik xəttini keçməsinlər. Ən əsası da bugünkü hadisə zamanı 3 sərnişin relslərin üstünə atlayaraq yıxılan sərnişinə yardım etməyə çalışıblar. Bu, qətiyyən yolverilməzdir. Sərnişinin xilas edilməsi zamanı xəttə interval yaranıb. Hazırda qatarlar müəyyən olunmuş interval üzrə hərəkətdədirlər”.
Samuxda əlbəyaxa dava: yaralılar varSamux rayonunda tanışlar arasında əlbəyaxa dava düşüb.

Report-un məlumatına görə, hadisə rayonun Sərkər kəndində baş verib.

Belə ki, əlbəyaxa dava nəticəsində kənd sakini, 1982-ci il təvəllüdlü Nəsibov Anar Rabil oğlu baş və sifət nahiyəsindən ağır xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Əlbəyaxa dava zamanı A.Nəsibovun tanışı da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Türkiyəli biznesmen Bakıdakı evində ölü tapıldıBakıda Türkiyə vətəndaşı evində ölü tapılıb.

APA xəbər verir ki, Nəsimi rayonu, Əzizbəyov küçəsi 195 ünvanında yaşayan Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü Musa Kazım Siliz yaşadığı evdə xəstəlikdən ölüb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

Musa Kazım Siliz Bakıda bizneslə məşğul olub.
47 yaşlı kişi özünü yandırdıAğdamda avtomobili cərimə meydançasına salınan rayon sakini özünü yandırıb.

Trend xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Bəhlul Əmirov avtomobili ilə hərəkət edərkən Ağdam rayon Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtomobilin sənədləri yoxdur və maşının külli miqdarda ödənilməmiş cəriməsi var. Avtomobil B.Əmirovdan alınaraq cərimə meydançasına salınıb.

B.Əmirov avtomobili cərimə meydançasından çıxarmaq istəsə də, mümkün olmayıb. Şöbədən bildiriblər ki, avtomobilin cərimələri ödənilməli və sənədləri qaydasına salınandan sonra sahibinə qaytarılmalıdır.

B.Əmirov isə cəriməni ödəmədən avtomobili almağa cəhd edib. Cəhdləri boşa çıxan B.Əmirov evinə qayıdaraq yaşadığı evin həyətində üzərinə benzin tökərək özünə od vurub. O, ailə üzvlərinin köməkliyi ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu təyin edilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Polis Şöbəsində özünü yaraladıDaşkəsən rayon Polis Şöbəsinin Müvəqqəti saxlama kamerasında saxlanılan şəxs özünə xəsarət yetirib.

“Report” xəbər verir ki, Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə təqsirli bilinərək saxlanılan 50 yaşlı Rahib Əsədov özünü kəsici alətlə vurub.

Yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
Şamaxıda 59 yaşlı kişi ögey anasını öldürüb həyətdə basdırdıŞamaxıda meyiti tapılan qadının ögey oğlu tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

"Report"un məlumatına görə, ötən gün Şamaxıda qətlə yetirilərək həyətdə üstü torpaqla basdırılıb gizlədilən, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının ögey oğlu, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.
Bakıda bağça müdiri 75 nəfəri işə düzəltmək adı ilə aldadıb - VİDEOBirini müəllimə, digərini isə dayə kimi işə düzəltmək adı ilə aldadıblar.

Avrasiya.net Xəzərxəbər-ə istinadən xəbər verir ki, Bakıda Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən ''Safay'' uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadıb, pullarını mənimsəyib. Zərərçəkmişlərin sözlərinə görə, təxminən 5-6 aydır ki, özünü bağçanın müdri kimi təqdim edən Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva pullarını alıb ki, ''Şamaxinka'' adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onları işə qəbul edəcək.

Tərlan Bağırova və Aləmzar Əliyeva müəllimə və dayə kimi pul alıb işə düzəldəcəyi qadınlara iki gündən sonra bağçanın açlışına gəlmək üçün səliqəli geyinmələrini də deyiblər. Təxminən 75 qadın da deyilən vaxt həmin bağçanın qarşısında olub. Amma onlar müəyyən ediblər ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb. Bundan sonra aldadıldıqlarını biliblər.

Dələduzluğa məruz qalan vətəndaşların sözlərinə görə, Tərlan Bağırova və Aləmzar Əliyeva bu şəkildə 75 şəxsə külli miqdarda ziyan vurublar. Məsələ ilə bağlı ''Safay'' uşaq bağçasının rəhbəri kimi özünü təqdim edən Tərlan Bağırova ilə əlaqə saxladıq. Adı çəkilən şəxs telefonda bildirdi ki, həmin şəxslərdən pulu o almayıb.

Bağçanın qarşısına toplaşan zərərçəkmişlər ''102'' xidmətinə də məlumat verdilər. Əraziyə gələn polis onların izahatlarının alınması üçün rayon polis idarəsinə dəvət etdi.

Fakt Yasamal rayon polis idarəsində araşdırılır.