Bakıda qızlar ərəblərə həyatlarının şokunu yaşatdıBakıda Ərəbistan vətəndaşları qarət olunub.

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, M.İbrahimov küçəsi 5 ünvanında yerləşən "Prestij" hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər - 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb.

Hər iki şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.
Avtomobillə qarşısını kəsib güllələdilər - Azərbaycanda ŞOK HADİSƏ
Yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Publika.az-a bildirib ki, aparılmış araşdırmalarla 1996-cı il təvəllüdlü Elsevər Quliyevin yanvarın 20-i saat 18 radələrində Mingəçevir şəhəri ərazisində magistral yol ilə hərəkətdə olarkən idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Vaz 2107 markalı avtomobilin qarşısını kəsib avtomobildən düşərək əlindəki odlu silahdan atəş açaraq sərnişin qismində gedən Ziyad Mirzəyevə şəxsi münasibətlər zəminində ağır dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuş, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilmişdir.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Quliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İmişlidə 16 yaşlı nişanlı qız intihar etdi
İmişlidə intihar hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib.

İntihar edən qızın nişanlı olduğu bildirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Ələkbər Yasamallının bacısı oğlu niyə intihar edib? - TƏFƏRRÜAT
Ötən gün Bakıda intihar edən 21 yaşlı Niftəliyev Şamxal Təbriz oğlununun özünə qəsd etməsiylə bağlı bəzi təfərrüatlar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hərbi xidmətdən yeni qayıdan gəncin sevdiyi qıza görə intihara əl atdığı bildirilir.

Belə ki, Şamxalın ailəsi onun sevdiyi qızla münasibətlərini rəsmiləşdirməsinə razı olmayıblar. Onun bu səbəbdən nənəsinə məxsus evin eyvanında intihar etdiyi qeyd olunur.

Qeyd edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Onu da əlavə edək ki, Niftəliyev Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur.
Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO
Xızı rayonu ərazisində ana və üç övladı itkin düşüb.

Bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Xızı rayonu, Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu 18.01.2020-ci ildə tarixində Daxili İşlər Nazirliyinin (DİN) “102” xidməti zəng mərkəzi sisteminə müraciət edərək yoldaşı və üç övladının itkin düşdüyü barədə məlumat verib. O, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat verib.

İsayeva Əfsanə Cəmil qızının əlamətləri: boyu – təxminən 160 sm, çəkisi – 55-60 kq, qaraşındır, arıq bədən quruluşludur. Gözlərinin rəngi qəhvəyi, saçları qara-şabalıdı rəngli olmaqla uzundur. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, qara rəngli ətək, ayağında alçaqdaban qız çəkməsi olub.

Nurcan İsayevanın əlamətləri: boyu – təxminən 1 metr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində ağ zolaqları olan qırmızı gödəkcə, ayağında tünd rəngli qış çəkməsi olub.

Nurlan İsayevin əlamətləri: boyu – təxminən 0,80 m, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, ayağında qara rəngdə qış çəkməsi olub.

Bu şəxsləri görənlərdən DİN-in “102” xidmətinə, Xızı RPŞ-nə (+994 23 315 01 31 və ya +994 55 366 33 54 nömrəsinə) məlumat vermələri xahiş olunur.
Azərbaycanda kişi küçədə soyuqdan donaraq öldü
Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb. Belə ki, ötən gün axşam saatlarında yaşadığı mənzilə gələn 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu bir müddət sonra oranı tərk edib. Sərxoş vəziyyətdə olan şəxs küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb.



Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Müayinə zamanı 64 yaşlı kişidə heç bir xəsarət aşkarlanmayıb. Həmin şəxsin soyuqdan donaraq öldüyü ehtimal olunur.



Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qocanın qardaşı həbs edildi
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumaat görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 53 yaşlı Azad Məmmədov saxlanılıb. A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, ona məxsus iki ədəd patron, ümumi çəki 41, 278 qram narkotik vasitə tiryək və iki kibrit qutusunda ümumi çəkisi 11,69 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd plastik qabda ümumi çəkisi 275 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Qeyd edək ki, A.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zaman konvoy mühafizəsi altından qaçmış, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərəsizləşdirilən Etibar Məmmədovun ("Qoca" ləqəbli) qardaşıdır.
Xəstə üçün gələn 3 təcili yardımın 3-ü də qəzaya düşdü - Şok
Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Report-un məlunatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avyomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobilini isə qarşı tərəfdən gələn “Mercedes” markalı minik maşını vurub. Ümumilikdə 5 avtomobilin toqquşduğu qəza bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, xəsarət alanlardan 3-ü Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləridir. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanlı jurnalist vəfat etdiAzərbaycanlı jurnalist Aynur Mirhəsən (Təhməzova) 44 yaşında vəfat edib.

Report xəbər verir ki, o, Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

Qeyd edək ki, Aynur Mirhəsən qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Son günlər isə səhhəti ağırlaşıb. Kimyaterapiyadan sonra ağciyərləri fəaliyyətini dayandırıb.

Mərhumun cənazəsi bu gecə Azərbaycana gətiriləcək və o, Bakıda dəfn olunacaq.

Qeyd edək ki, A.Mirhəsən 1976-cı ilin yanvarın 27-də Bakıda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərində, “Medifaorum”, “Ann.az” saytlarında işləyib. “Mediaforum” saytında layihə rəhbəri olub. Son illərdə Türkiyədə yaşayırdı.

Allah rəhmət eləsin!